Mingəçevirdə qadın bıçaqlandı – Əri tutuldu
Mingəçevir şəhərində qadın bıçaqlanıb.
Canlixeber.com xəbər verir ki, hadisə şəhər ərazisində baş verib.
Belə ki, şəhər sakini Aygün Həşimovaya kəsici alətlə xəsarət yetirilib.
Hadisəni törətməkdə şübhəli bilinən, zərərçəkmişik əri 1980-ci il təvəllüdlü Qasım Quliyev polisə könüllü təslim olub.
Faktla bağlı araşdırma aparılır.
