Göyçayda qəzada ölən yeniyetmə VII sinif şagirdi imiş
1 min read

Göyçayda qəzada ölən yeniyetmə VII sinif şagirdi imiş

Göyçay rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi baş verib.

Canlixeber.com xəbər verir ki, hadisə nəticəsində 1970-ci il təvəllüdlü Hüseyn Salahov və 2012-ci il təvəllüdlü E.Feyzullayeva dünyasını dəyişib.

Əldə etdiyimiz məlumata görə, qəzada həyatını itirən 2012-ci il təvəllüdlü Elmira Feyzullayeva Mehman Muradov adına Göyçay rayon 4 nömrəli tam orta məktəbin VII sinif şagirdi olub.

Qeyd edək ki, qəza zamanı avtomobillərdə olanlar – 1968-ci il təvəllüdllü İmran Əmrahov və bacısı 1964-cü il təvəllüdlü Mehriban Əmrahova, 1988-ci il təvəllüdlü sürücü Arzu Feyzullayeva və 2016-cı il təvəllüdlü L.Feyzullayeva xəsarət alıblar. Yaralılar xəstəxanaya yerləşdiriliblər.