Sumqayıtda piyadanın ölümü ilə nəticələnən avtoqəza olub
Sumqayıt şəhərində piyadanın ölümü ilə nəticələnən avtoqəza qeydə alınıb.
Canlixeber.com xəbər verir ki ,hadisə Koroğlu prospektində baş verib.
Məlumata görə, 1991-ci il təvəllüdlü Aslanov Vüqar Elşən oğlu idarə etdiyi “BYD Destroyer A05” markalı avtomobillə 1973-cü il təvəllüdlü Həşimov Qabil Salman oğlunu vurub.
Ağır xəsarətlər alan piyada həyatını itirib.
Faktla bağlı araşdırma başlanılıb.
