Sumqayıtda avtobus azyaşlını vurub, faktla bağlı cinayət işi başlanılıb
Sumqayıtda dörd yaşlı uşağı avtobus vuraraq öldürüb.
Canlixeber.com xəbər verir ki, hadisə şəhərin Yaşıldərə yaşayış massivində qeydə alınıb.
1963-cü il təvəllüdlü Rüstəmov Loğman Abas oğlu idarə etdiyi “Isuzu HC 45” markalı avtobusla piyada azyaşlı Həsənli Turan İlqar oğlunu ehtiyatsızlıqdan vurub. Azyaşlı hadisə yerində ölüb.
Faktla bağlı Sumqayıt şəhər Polis İdarəsində Cinayət Məcəlləsinin 263.2-ci (yol istismar qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş ölümünə səbəb olma) maddəsi ilə cinayət işi başlanılıb.
