Leyla Əhmədova HƏBS OLUNDU
1 min read

Leyla Əhmədova HƏBS OLUNDU

Tanınmış modelyer Leyla Əhmədova həbs edilib.

Canlixeber.com “Qafqazinfo”ya istinadən xəbər verir ki, Leyla Saday qızı Əhmədova külli miqdarda dələduzluqda ittiham olunur.

Ona qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq) maddəsi ilə ittiham irəli sürülüb.

Leyla Əhmədova barəsində Xətai Rayon Məhkəməsinin qərarı ilə üçaylıq həbs qətimkan tədbiri seçilib.