7 saylı Şəhər poliklinikasının baş həkimi işdən çıxarıldı
1 min read

7 saylı Şəhər poliklinikasının baş həkimi işdən çıxarıldı

Paytaxtın Xətai rayonunda yerləşən 7 saylı Şəhər poliklinikasının baş həkimi Şəlalə Zakir qızı Səfərova vəzifəsindən azad edilib.

Canlixeber.com xəbər verir ki, bu barədə TƏBİB-in İcraçı direktoru Anar Bayramov əmr imzalayıb.

Hələlik baş həkim vəzifəsinə yeni təyinat olmayıb.

Xatırladaq ki, ötən gün 27 nömrəli Şəhər Poliklinikasının baş həkimi Sevinc Yusifova da işdən çıxarılıb.