1 min read

Misli Premyer Liqasının IX turuna iki qarşılaşma ilə start verilir

Bu gün Misli Premyer Liqasında IX turun oyunları start götürür. Canlixeber.com xəbər verir ki, turun ilk qarşılaşmasında “Araz-Naxçıvan” “Qəbələ”ni qəbul edəcək. Şamaxı şəhər stadionunda baş tutacaq görüş saat 15:00-da başlayacaq. Günün digər matçında isə “Zirə” “Sumqayıt”la üz-üzə gələcək. Zirə İdman Kompleksinin stadionunda keçiriləcək qarşılaşma saat 19:00-da start götürəcək. Misli Premyer Liqası IX tur 23 oktyabr […]

1 min read

2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub

Azərbaycanın 2027-ci il dövlət büdcəsi layihəsi və büdcəyə aid olan qanun layihələri Milli Məclisə daxil olub. Canlixeber.com xəbər verir ki, sənəd parlamentin iclasında müzakirəyə çıxarılacaq. Qeyd edək ki, Azərbaycanın 2027-ci il üçün dövlət büdcəsinin gəlirləri son proqnozlara əsasən 39 milyard 254 milyon manat, xərcləri isə 42 milyard 400 milyon manat həcmində gözlənilir.

1 min read

Bu gün hava necə olacaq?

Oktyabrın 23-də gözlənilən hava şəraiti açıqlanıb. Canlixeber.com xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi yerlərdə yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 15-17° isti, gündüz […]

3 mins read

Bakıda 25 il əvvəl qadının öldürülməsinin təfərrüatı açıqlandı

Prokurorluq və daxili işlər orqanları tərəfindən əvvəlki illərdə törədilmiş daha bir xüsusilə ağır cinayətin üstü açılıb. Canlixeber.com xəbər verir ki, bu barədə Baş Prokurorluq və Daxili İşlər Nazirliyi birgə məlumat yayıb. Belə ki, 1961-ci il təvəllüdlü Həqiqət Məmmədovanın 30 iyun 2001-ci il tarixdə Bakı şəhərinin Nəsimi rayonu ərazisində qəsdən öldürülməsi faktı ilə bağlı cinayət işi […]

1 min read

“Həzi Aslanov” metrostansiyasında dalanın yenidən qurulması yekunlaşır

Oktyabrın 23-də “Bakı Metropoliteni” QSC-nin “Həzi Aslanov” stansiyasında dalanın yenidən qurulması yekunlaşacaq. Canlixeber.com xəbər verir ki, yenidənqurma işləri təxminən 280 metrlik sahədə üç mərhələ üzrə həyata keçirilib. Əvvəlki mərhələlərdə təmir-bərpa işləri tamamlanıb, yan divarlar və döşəmə boyunca məhlulvurma-hamarlama prosesi icra olunub. Həmçinin döşəmə, divar və tavan hissələrdə gücləndirmə tədbirləri görülüb. Orta yolların arakəsmə divarları tam […]

1 min read

Azərbaycan stolüstü tennisçiləri “Riga City Youth Cup 2026” turnirinə qatılacaqlar

Azərbaycanın 9 stolüstü tennisçisi Latviyanın paytaxtı Riqada təşkil olunacaq “Riga City Youth Cup 2026” beynəlxalq turnirində iştirak edəcək. Canlixeber.com xəbər verir ki, bu barədə Azərbaycan Stolüstü Tennis Federasiyasının mətbuat xidmətindən bildirilib. Ənənəvi yarışda idmançılar qadınlardan ibarət milli komandanın baş məşqçisi Fərhad İsmayılov, gənc oğlanlardan ibarət seçmənin baş məşqçisi Ramil Cəfərov və məşqçi Rüfət Əliyevanın rəhbərliyi […]

1 min read

Arif Mərdanova yüksək vəzifə verildi

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) tabeliyində olan İri Şəhərlərin Su Təchizatı Qapalı Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının ilk iclası keçirilib. Canlixeber.com xəbər verir ki, bu barədə ADSEA məlumat yayıb. Bildirilib ki, iclasda Prezident İlham Əliyevin sərəncamı ilə İri Şəhərlərin Su Təchizatının publik hüquqi şəxsdən qapalı səhmdar cəmiyyətinə çevrilməsi prosesinin müvafiq qaydalara uyğun həyata keçirilməsi, eləcə […]

1 min read

Bakı Metropolitenində yüksək vəzifəyə təyinatlar

“Bakı Metropoliteni” QSC-də yeni kadr təyinatları olub. Canlixeber.com xəbər verir ki, Zaur Nağıyev qurumun İdarə Heyəti sədrinin müavini, İlham Axundov və Kənan Cəfərov isə sədrin müşavirləri vəzifələrinə təyin ediliblər. Zaur Nağıyev Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə İdarə Heyəti sədrinin müavini təyin olunub. 1982-ci il təvəllüdlü Z.Nağıyev Bakı Dövlət Universitetində hüquqşünaslıq, ADA Universiteti və Maastrixt […]

1 min read

“Sabah” – “Qarabağ” matçının hakimləri müəyyənləşdi

Misli Premyer Liqasında IX turun təyinatları müəyyənləşib. Canlixeber.com xəbər verir ki, turun mərkəzi qarşılaşması sayılan “Sabah” – “Qarabağ” matçı Rəşad Əhmədova tapşırılıb. Misli Premyer Liqası I dövrə, IX tur 23 oktyabr 15:00. “Araz-Naxçıvan” – “Qəbələ” Hakimlər: Əkbər Əhmədov, Vüsal Məmmədov, Gülnurə Əkbərzadə, Fərid Hacıyev. VAR: Nicat İsmayıllı. AVAR: Tərlan Talıbzadə. Hakim-inspektor: İmanxan Sultani. AFFA nümayəndəsi: […]

4 mins read

Tacikistandan Azərbaycana gələn sahibkar oğlu tərəfindən öldürüldü

Bakıda tələbə Ayxan Vəlizadənin atasını qətlə yetirməsinin təfərrüatı məlum olub. Canlixeber.com xəbər verir ki, qətlə yetirilən İftixar Vəlizadə 2005-ci ildə ailə həyatı qurub və bir müddət sonra Tacikistana köçüb. O, uzun müddət Tacikistanda yaşayıb. Orada xırda ticarətlə məşğul olan İftixar daha sonra biznesini genişləndirib və istehsalçı sahibkar kimi fəaliyyətini davam etdirib. O, Tacikistanda vafli istehsalı […]