October 2026
İlham Əliyev Aleksandr Zuyevi qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 26-da BMT-nin Terrorçuluqla Mübarizə İdarəsinin Baş katibinin müavini vəzifəsini icra edən Aleksandr Zuyevi qəbul edib. Canlixeber.com xəbər verir ki, söhbət zamanı Azərbaycanla BMT-nin müxtəlif qurumları arasında səmərəli tərəfdaşlığın qurulduğu qeyd olunub, bu xüsusda ölkəmizin BMT-nin Terrorçuluqla Mübarizə İdarəsi ilə əməkdaşlığına dair məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Azərbaycanın terrorçuluqla mübarizəyə […]
Azərbaycan Prezidenti BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsini qəbul edib
Oktyabrın 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev BMT Baş katibinin müavini, Sivilizasiyalar Alyansının ali nümayəndəsi, BMT-nin İslamofobiya ilə mübarizə üzrə xüsusi elçisi Migel Anxel Moratinosu qəbul edib. Canlixeber.com xəbər verir ki, Migel Anxel Moratinos Azərbaycanda növbəti Mədəniyyətlərarası Dialoq Forumunun təşkili münasibətilə təbriklərini çatdırıb. Qonaq bu Forumun beynəlxalq səviyyədə mədəniyyətlərarası və dinlərarası dialoqun təşviqində mühüm platformaya […]
Ermənistan ərazisinə keçən çoban Azərbaycana qaytarılıb
Ermənistan azaraq ərazisinə keçən Yaşar Əli oğlu Qasımovu Azərbaycana təhvil verib. Canlixeber.com xəbər verir ki, bu barədə Ermənistan Milli Təhlükəsizlik Xidməti məlumat yayıb. Qeyd olunub ki, çoban oktyabrın 24-də Azərbaycanın müvafiq orqanlarına təhvil verilib.
Mayk Tayson Türkiyənin məşhur serialına çəkiləcək
Bütün zamanların ən məşhur boksçularından biri kimi tanınan Mayk Tayson, Türkiyədə “Star TV”də yayımlanan “Tuzlu Kahve” serialında qonaq aktyor kimi iştirak edəcək. Canlixeber.com Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə jurnalist Birsen Altuntaş bildirib. Məlumata görə, Tayson ekran işində Buğra Gülsoyun həyat verdiyi Mehmet obrazının Amerika Birləşmiş Ştatlarından gələn dostu rolunu canlandırmağa hazırlaşır. Rejissorluğunu […]
İlham Əliyev İƏT-in baş katibini qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 26-da İslam Əməkdaşlıq Təşkilatının Baş katibi İsmayıl Ould Şeyx Əhmədi qəbul edib. Canlixeber.com xəbər verir ki, Prezident İlham Əliyev İsmayıl Ould Şeyx Əhmədin İslam Əməkdaşlıq Təşkilatının Baş katibi vəzifəsinə seçildikdən sonra Azərbaycana səfər etməsinin əhəmiyyətinə toxundu, bunu ölkəmizlə Təşkilat arasında güclü tərəfdaşlığın nümunəsi kimi qiymətləndirib. Dövlətimizin başçısı Azərbaycanın həmişə […]
Cinayət işlərində hüquqi yardıma dair Avropa Konvensiyasına Əlavə Protokol təsdiqlənib
“Cinayət işləri üzrə qarşılıqlı hüquqi yardım haqqında” Avropa Konvensiyasına İkinci Əlavə Protokol təsdiqlənib. Canlixeber.com xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı müvafiq qanunu imzalayıb. Qanuna əsasən, 2001-ci il 8 noyabr tarixli “Cinayət işləri üzrə qarşılıqlı hüquqi yardım haqqında” Avropa Konvensiyasına İkinci Əlavə Protokol Azərbaycan Respublikasının müvafiq qeyd-şərti və bəyanatları ilə təsdiq edilib.
İlham Əliyev Özbəkistanla iki sənədi təsdiqlədi
Azərbaycan Respublikası Hökuməti ilə Özbəkistan Respublikası Hökuməti arasında mədəniyyət sahəsində əməkdaşlıq haqqında Saziş təsdiqlənib. Canlixeber.com xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev fərman imzalayıb. Bundan başqa, dövlətimizin başçısı “Azərbaycan Respublikası Hökuməti ilə Özbəkistan Respublikası Hökuməti arasında turizm sahəsində əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə fərman da imzalayıb. Qeyd edə ki, hər iki saziş 2026-cı […]
Prezident tikinti ilə bağlı komissiya yaratdı, Şahin Mustafayevə yeni vəzifə verdi
Prezident İlham Əliyev Tikinti layihələrinin həyata keçirilməsi sahəsində inzibati prosedurların təkmilləşdirilməsi və bu sahədə dövlət orqanlarının (qurumlarının) fəaliyyətinin əlaqələndirilməsi üzrə Komissiyanın yaradılması haqqında Sərəncam imzalayıb. Canlixeber.com xəbər verir ki, Sərəncama əsasən, Tikinti layihələrinin həyata keçirilməsi sahəsində inzibati prosedurların təkmilləşdirilməsi, dövlət orqanlarının (qurumlarının) fəaliyyətinin əlaqələndirilməsi, icra intizamına nəzarətin təmin edilməsi, mütərəqqi təcrübələrin öyrənilməsi və tətbiqinə dair […]
Moskvada terror cəhdi: Qafqazəsilli iki şəxs saxlanıldı
Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) əməkdaşları 1991 və 1998-ci il təvəllüdlü iki qafqazəsilli vətəndaşı saxlayıblar. Həmin şəxslər Moskvanın raket hücumundan müdafiə (RHM) sisteminin əsas elementlərindən birinə və enerji obyektinə FPV-dronlar vasitəsilə hücum hazırlamaqda şübhəli bilinirlər. Canlixeber.com xəbər verir ki, bu barədə Rusiya xüsusi xidmət orqanının İctimaiyyətlə Əlaqələr Mərkəzi bəyanat yayıb. FTX-nin məlumatına əsasən, şübhəlilərdən biri […]
Ötən həftə 997 hektar ərazi minalardan təmizlənib
Azad olunan ərazilərdə 19-25 oktyabrda 42 tank əleyhinə mina, 122 piyada əleyhinə mina, 526 partlamamış hərbi sursat (PHS) aşkarlanıb və zərərsizləşdirilib. Canlixeber.com xəbər verir ki, bu barədə Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) azad edilmiş ərazilərdə həyata keçirilən humanitar minatəmizləmə əməliyyatları ilə bağlı həftəlik məlumatında deyilir. Hesabata əsasən, həmin müddət ərzində 997 hektar ərazi minalardan təmizlənib. Qeyd […]
