1 min read

Bakı üzrə 4 mindən çox şəxs məktəbi fərqlənmə attestatı ilə bitirib

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrinin 1 961 məzunu tam orta təhsil səviyyəsi üzrə təhsilini fərqlənmə attestatı ilə başa vurub. Canlixeber.com xəbər verir ki, bu barədə BŞTİ məlumat yayıb. Bildirilib ki, 2 529 nəfər isə ümumi orta təhsil səviyyəsi üzrə təhsilini fərqlənmə attestatı ilə başa vurub.

1 min read

Dövlət sərhədini pozmağa cəhd göstərən şəxslər saxlanıldı

Azərbaycandan Rusiyaya qanunsuz keçmək istəyən Əlcəzair vətəndaşları saxlanılıb. Canlixeber.com xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidməti məlumat yayıb. Bildirilib ki, Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Xudat” sərhəd dəstəsinin xidməti ərazisində sərhəd naryadının sayıqlığı nəticəsində Azərbaycandan Rusiya istiqamətində 2 (iki) nəfər Əlcəzair Xalq Demokratik Respublikası vətəndaşı – 1994-cü il təvəllüdlü Makhlouf Houari və 1996-cı il […]

1 min read

“Şəfa” 4 gənc futbolçu ilə müqavilə imzaladı

“Şəfa” klubu yeni mövsüm öncəsi heyətini dörd gənc futbolçu ilə gücləndirib. Canlixeber.com xəbər verir ki, Bakı təmsilçisi Ayxan Əlizadə, Nurhan Abdıyev, Eltun Babazadə və Elmar Məmmədovla müqavilə imzalayıb. 19 yaşlı qapıçı Ayxan Əlizadə, 20 yaşlı müdafiəçi Nurhan Abdıyev, 19 yaşlı yarımmüdafiəçi Eltun Babazadə və 20 yaşlı vinger Elmar Məmmədov komandaya cəlb olunub. Müqaviləyə əsasən, Əlizadə, […]

1 min read

Heydər Əliyev prospektində dayanmış avtomobil qəzaya səbəb olub

Müşahidə kameraları vasitəsilə qeydə alınan bu yol-nəqliyyat hadisəsi paytaxtın Nizami rayonu, Heydər Əliyev prospektində baş verib. Hava limanı istiqamətində hərəkətdə olan nəqliyyat vasitəsi yolun kənarında dayanmış avtomobilə çırpılıb. Canlixeber.com xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb. Görüntülərdən də aydın görünür ki, minik avtomobili müəyyən səbəbdən yolun hərəkət hissəsində dayanıb və digər […]

1 min read

Bu gün UEFA Superkubokunun qalibi müəyyənləşəcək

Bu gün UEFA Superkubokunun qalibi müəyyənləşəcək. Canlixeber.com xəbər verir ki, Zaltsburqda keçiriləcək qarşılaşmada ötən mövsüm UEFA Çempionlar Liqasını qazanan “PSJ” ilə UEFA Avropa Liqasının qalibi “Aston Villa” qarşılaşacaq. Matç Avstriyanın Zaltsburq şəhərində yerləşən eyniadlı stadionda keçiriləcək. Görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Qarşılaşmanı FIFA referisi, Somalini təmsil edən Omar Artan idarə edəcək. Qeyd edək […]

1 min read

Azərbaycanda bəzi yerlərdə yağış yağır, şimşək çaxır – FAKTİKİ HAVA

Azərbaycanın bəzi yerlərində arabir şimşək çaxır, yağış yağır. Canlixeber.com xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin avqustun 12-si saat 11:00-a olan məlumatında əks olunub. Bildirilib ki, ayrı-ayrı yerlərdə yağıntılar leysan xarakterli olub. Düşən yağıntının miqdarı Gədəbəydə 32, Balakəndə 27, Sarıbaşda (Qax) 9, Altıağacda 5, Göygöl, Kişçay (Şəki), Qəbələdə 3, Ağstafa, Daşkəsən, Şuşa, Zəngilan, Qusarda […]

1 min read

37 azərbaycanlı Almaniyadan ölkəmizə gətirildi

Avqustun 11-də Azərbaycan Respublikası vətəndaşı olan 37 nəfər Almaniya Federativ Respublikasından geri qəbul edilib. Canlixeber.com xəbər verir ki, bu barədə Dövlət Miqrasiya Xidməti (DMX) məlumat yayıb. Bildirilib ki, bu, “Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında icazəsiz yaşayan şəxslərin readmissiyası haqqında” Saziş çərçivəsində həyata keçirilib.

1 min read

Ali təhsil müəssisələrinə ixtisas seçimi başlayıb

Ali təhsil müəssisələrinə ixtisas seçimi başlayıb. Canlixeber.com xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi (DİM) məlumat yayıb. Bildirilib ki, ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər üçün ixtisas seçimi avqustun 12-19-da aparılacaq. Abituriyentlər ixtisas seçimi ilə bağlı Azərbaycan Universiteti, Qərbi Kaspi Universiteti, Bakı Biznes Universiteti, Odlar Yurdu Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Azərbaycan […]