Zaqatalada DƏHŞƏTLİ QƏTL: 58 yaşlı kişi öldürüldü, kəndçisi saxlanıldı
Zaqatala rayonunda qətl hadisəsi baş verib.
Canlixeber.com xəbər verir ki, hadisə iyunun 19-da saat 9 radələrində rayonun Qımır kəndi ərazisində qeydə alınıb.
Belə ki, 58 yaşlı Kamran Məhərrəmov kəsici alətlə qətlə yetirilib.
Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, Qımır kənd sakini, 1968-ci il təvəllüdlü Ələsgər Əhmədov saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
