Zərdabda avtomobil yol kənarındakı maneəyə çırpılıb, 4 nəfər xəsarət alıb
1 min read

Zərdabda avtomobil yol kənarındakı maneəyə çırpılıb, 4 nəfər xəsarət alıb

Zərdabda avtomobil qəzası olub, xəsarət alanlar var.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə Ucar-Zərdab avtomobil yolunun rayonun Çallı kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, hərəkətdə olan “VAZ-2106” markalı minik avtomobili idarəetmədən çıxaraq yol kənarındakı maneəyə çırpılıb.

İlkin məlumata görə, hadisə zamanı ikisi ağır olmaqla, 4 nəfər xəsarət alıb.

Fakt araşdırılır.