Yollarda 246 375 kv.metr sahədə təmir işləri həyata keçirilib.
Son 2 ayda Bakı və şəhər ətrafı ərazilərdə 37 ünvanda təmir işləri aparılıb.
Canlixeber.com xəbər verir ki, bu barədə Az Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.
Bildirilib ki, yəəxirəsalınmaz tədbirlər çərçivəsində 7 prospekt, 13 yol və 17 küçədə təmir baş tutub.
Qeyd edilib ki, yollarda 52 797 kv.m, prospektlərdə 75 971 kv.m, küçələrdə isə 117 608 kv.m sahə təmir olunub.
Ümumilikdə 246 375 kv.metr sahədə təmir işləri həyata keçirilib.
