Yeni doğulan körpələrin sayı azalıb
1 min read

Yeni doğulan körpələrin sayı azalıb

2026-cı ilin yanvar-may ayları ərazində Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 34 056 doğulan körpə qeydə alınıb, bu ötən ilin eyni dövrü ilə müqayisədə 4 780 nəfər azdır.

Canlixeber.com xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Bildirilib ki, doğulan körpələrin 53.5 faizi oğlan uşaqları, 46.5 faizi isə qız uşaqlarıdır.

Doğulan körpələrdən 1 184-ü əkiz, 48-i isə üçəm olub.