YAP Gənclər Birliyinin yeni tərkibi müəyyənləşib, yeni sədr təyin olunub
1 min read

YAP Gənclər Birliyinin yeni tərkibi müəyyənləşib, yeni sədr təyin olunub

Yeni Azərbaycan Partiyası (YAP) İdarə Heyətinin iclasında YAP Gənclər Birliyinin 30 nəfərdən ibarət yeni tərkibi səsə qoyulub və yekdilliklə təsdiq olunub.

Canlixeber.com xəbər verir ki, bu barədə YAP məlumat yayıb.

Məlumata görə, Kərimli Gülüstan Əfsər qızı Gənclər Birliyinin sədri, Fəyyaz Nəzrin Cavid qızı və İbrahimli Elvin Soltan oğlu sədr müavinləri təyin olunublar.

Qeyd edək ki, bundan əvvəl YAP Gənclər Birliyinin sədri Bəxtiyar İslamov olub.