Xocalıda yaşayış evinə ayı girib
1 min read

Xocalıda yaşayış evinə ayı girib

Xocalı rayonunda yaşayış evinin həyətinə ayı girib.

Canlixeber.com xəbər verir ki, hadisə gecə saatlarında rayonun Badara kəndində, kənd sakini Piryev Elgün Aslan oğluna məxsus fərdi yaşayış evində baş verib.

İlkin məlumata görə, vəhşi heyvan evin həyətyanı sahəsinə və təsərrüfat ərazisinə daxil olub. Hadisə zamanı xəsarət alan olmayıb.