XİN-in vəzifəli şəxsi vəfat etdi
1 min read

XİN-in vəzifəli şəxsi vəfat etdi

Ötən gecə vəfat edən diplomat Dursun Həsənov hazırda Xarici İşlər Nazirliyində işləyirmiş.

Canlixeber.com xəbər verir ki, o, nazirliyin Dövlət Protokolu İdarəsinin müşaviri vəzifəsində çalışırmış.

D.Həsənov evində dünyasını dəyişib. Diplomatın ölümünə qəfil ürəktutması səbəb olub.

Qeyd edək ki, D.Həsənov 2016-2020-ci illərdə Azərbaycanın Gürcüstandakı səfiri olub.

O, Azərbaycanın İspaniya və Andorradakı fövqəladə və səlahiyyətli səfiri Ramiz Həsənovun qardaşıdır.