Vəliəhd şahzadə Hokon Norveçin yeni kralı oldu
1 min read

Vəliəhd şahzadə Hokon Norveçin yeni kralı oldu

Kral V Haraldın vəfatından sonra onun oğlu Hokon Norveçin yeni monarxı olub.

Canlixeber.com xəbər verir ki, bu barədə Norveç mediası məlumat yayıb.

Bildirilir ki, kral sarayında yeni kralın şərəfinə bayraq ucaldılıb.

“Bir neçə dəqiqə əvvəl o, yeni vəliəhd şahzadə İnqrid Aleksandra ilə birlikdə hökumət nümayəndələrinin iştirakı ilə Nazirlər Kabinetinin növbədənkənar iclasını keçirib”, – məlumatda qeyd olunub.