Vyetnamın vitse-prezidenti Azərbaycana səfərə gəlib
1 min read

Vyetnamın vitse-prezidenti Azərbaycana səfərə gəlib

Vyetnam Sosialist Respublikasının Vitse-prezidenti xanım Vo Thi An Suan Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Toplantısında iştirak etmək üçün oktyabrın 14-də Azərbaycana səfərə gəlib.

Canlixeber.com xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda Vyetnamın vitse-prezidentini Azərbaycan baş nazirinin müavini Şahin Mustafayev və digər rəsmi şəxslər qarşılayıblar.