UEFA Konfrans Liqası: “Zirə” “Torpedo Kutaisi”ni qəbul edir
Bu gün UEFA Konfrans Liqasının 1-ci təsnifat mərhələsində “Zirə” – “Torpedo Kutaisi” (Gürcüstan) oyunu keçiriləcək.
Canlixeber.com xəbər verir ki, Sumqayıt şəhər stadionunda keçiriləcək qarşılaşma saat 20:00-da başlayacaq.
Cavab matçı isə iyulun 16-da Kutaisidəki Ramaz Şengeliya stadionunda oynanılacaq.
Görüş Bakı vaxtı ilə saat 20:00-da start götürəcək.
