UEFA Konfrans Liqası: “Trabzonspor” “Frayburq”la qarşılaşacaq
1 min read

UEFA Konfrans Liqası: “Trabzonspor” “Frayburq”la qarşılaşacaq

Bu gün UEFA Konfrans Liqasının Liqa mərhələsinin III turunun oyunları keçiriləcək.

Canlixeber.com xəbər verir ki, turun diqqətçəkən qarşılaşmalarından birində İtaliyanın “Atalanta” klubu Qazaxıstanın “Kayrat” komandasını qəbul edəcək.

Türkiyənin “Trabzonspor” klubu Almaniya təmsilçisi “Frayburq”la, Danimarkanın “Midtyullan” komandası isə Niderlandın “Ayaks” klubu ilə üz-üzə gələcək.

Yunanıstanın “Panatinaikos” klubu Bolqarıstanın MOİK komandası ilə qarşılaşacaq. İngiltərənin “Brayton” klubu isə İspaniyada “Xetafe”nin qonağı olacaq.

UEFA Konfrans Liqası

Liqa mərhələsi

III tur

5 noyabr

21:45. “Arhus” (Danimarka) – “Braqa” (Portuqaliya);

21:45. “Atalanta” (İtaliya) – “Kayrat” (Qazaxıstan);

21:45. “Midtyullann” (Danimarka) – “Ayaks” (Niderland);

21:45. “Tun” (İsveçrə) – “Harts” (Şotlandiya);

21:45. “Srvena Zvezda” (Serbiya) – “İnter Eskaldes” (Andorra);

21:45. “KuPS” (Finlandiya) – “Gent” (Belçika);

21:45. “Linkoln” (Cəbəllütariq) – “Hayduk” (Xorvatiya);

21:45. “Myelbü” (İsveç) – “Borats” (Bosniya və Herseqovina);

21:45. “Trabzonspor” (Türkiyə) – “Frayburq” (Almaniya);

6 noyabr

00:00. “Monako” (Fransa) – “Nordsyaelland” (Danimarka);

00:00. “Kopenhagen” (Danimarka) – “İberiya 1999” (Gürcüstan);

00:00. “Luqano” (İsveçrə) – “Jalgiris” (Litva);

00:00. “Tvente” (Niderland) – “Pafos” (Kipr);

00:00. “Xetafe” (İspaniya) – “Brayton” (İngiltərə);

00:00. “Sint-Tröyden” (Belçika) – “Brann” (Norveç);

00:00. “Panatinaikos” (Yunanıstan) – “ÇSKA Sofiya” (Bolqarıstan);

00:00. “Riqa” (Latviya) – “Yablonets” (Çexiya);

00:00. “Universitatya Krayova” (Rumıniya) – “Eqnatiya” (Albaniya).