Ucara qardaşıgilə gələn qadın zəhərlənib öldü
1 min read

Ucara qardaşıgilə gələn qadın zəhərlənib öldü

Ucar rayonunda 40 yaşlı qadın sirkə turşusundan zəhərlənərək ölüb.

Canlixeber.com xəbər verir ki, hadisə rayon mərkəzindəki mənzillərdən birində baş verib.

Zərdab rayon sakini 1986-cı il təvəllüdlü Vüsalə Namət qızı İmanova qardaşının evinə qonaq gəlib. O, sirkə turşusundan zəhərlənmə ilə xəstəxanaya çatdırılsa da, onu xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.