Türkmənistan prezidenti Azərbaycana səfərə gəlib
1 min read

Türkmənistan prezidenti Azərbaycana səfərə gəlib

Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Toplantısında iştirak etmək üçün oktyabrın 15-də Azərbaycan Respublikasına səfərə gəlib.

Canlixeber.com xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda Türkmənistan prezidentini Azərbaycanın baş nazirinin müavini Şahin Mustafayev və digər rəsmi şəxslər qarşılayıblar.