Türkiyədə 22 yaşlı qadın futbol klubunun baş məşqçisi oldu
Türkiyədə 22 yaşlı qadın futbol klubuna baş məşqçi təyin olunub.
Canlixeber.com xəbər verir ki, Türkiyənin “Turqutluspor” futbol klubunda baş məşqçi vəzifəsinə 22 yaşlı Zeynep Mestan təyin olunub.
Türkiyə Super Həvəskar Liqasında mübarizə aparan klub yeni mövsüm öncəsi gənc mütəxəssislə müqavilə imzalayıb.
Qeyd edək ki, 2004-cü ildə İzmirdə anadan olan Zeynep Mestanın futbolçu karyerası da olub. Türkiyə Futbol Federasiyasının məlumatına görə, futbolda ilk addımlarını 2019-cu ildə “Karşıyaka Bədən Tərbiyəsi və İdman Təhsil Mərkəzi”ndə atıb.
