“Turan Tovuz”un qapıçısı Oleq Baklov Azərbaycan millisinə qarşı mübarizə apara bilər
1 min read

“Turan Tovuz”un qapıçısı Oleq Baklov Azərbaycan millisinə qarşı mübarizə apara bilər

“Turan Tovuz”un qapıçısı Oleq Baklov Tacikistan millisinə dəvət alıb.

Canlixeber.com xəbər verir ki, 31 yaşlı qolkiper Çin, Fələstin və Azərbaycanla yoxlama oyunları üçün milli komandanın sərəncamında olacaq.

O, yığmamıza qarşı matçda mübarizə apara bilər.

Qeyd edək ki, Oleq Baklov ötən ildən Tovuz təmsilçisinin heyətində çıxış edir.