Zirə FK
“Zirə” bu gün Türkiyə klubu ilə qarşılaşacaq
Türkiyənin Bolu şəhərində təlim-məşq toplanışını davam etdirən “Zirə” bu gün növbəti yoxlama oyununa çıxacaq. Canlixeber.com xəbər verir ki, Rəşad Sadıqovun komandası Türkiyə I Liqa təmsilçisi “Iğdır”la üz-üzə gələcək. Görüş Bakı vaxtı ilə saat 18:00-da start götürəcək. Qeyd edək ki, “qartallar” buna qədər Özbəkistanın “Navbahor” klubu ilə keçirdiyi yoxlama oyununda 3:4 hesabı ilə məğlub olub. “Zirə” […]
“Zirə”nin rəqibi finala yüksəldi
“Zirə”nin Konfrans Liqasındakı rəqibi “Torpedo” Gürcüstan Superkubokunda yarımfinal oyununa çıxıb. Canlixeber.com xəbər verir ki, Kutaisi təmsilçisi “Dila Qori” ilə qarşılaşıb. Matç “Torpedo”nun minimal hesablı qələbəsi ilə başa çatıb – 1:0.Oyuna yeganə qolu 73-cü dəqiqədə Vladimer Mamuşaşvili vurub. “Torpedo” iyulun 1-də keçiriləcək finalda “İberiya 1999” ilə qarşılaşacaq. Qeyd edək ki, “Zirə”nin Gürcüstan klubuna qarşı ilk oyunu […]
“Zirə” Özbəkistan klubu ilə qarşılaşacaq
Türkiyənin Bolu şəhərində təlim-məşq toplanışında olan “Zirə” bu gün növbəti yoxlama oyununa çıxacaq. Canlixeber.com xəbər verir ki, Rəşad Sadıqovun komandası Özbəkistan təmsilçisi “Navbahor”la üz-üzə gələcək. Görüş Bakı vaxtı ilə saat 18:00-da başlayacaq. Qeyd edək ki, “qartallar” ilk yoxlama oyununda “Azersun Arena”da “Qarabağ”a 3:4 hesabı ilə məğlub olub. “Zirə” iyulun 2-dək Türkiyədə təlim-məşq toplanışını davam etdirəcək.
“Zirə”də yeni təyinat
Eltun Yaqublu “Zirə”nin yeni yaradılan Skautinq Departamentinin rəhbəri və seleksiyaçı məşqçisi vəzifəsinə təyin edilib. Canlixeber.com xəbər verir ki, mütəxəssislə 2 illik müqavilə bağlanıb. Qeyd edək ki, Yaqublu 2020-2025-ci illərdə “Zirə”də məşqçi kimi fəaliyyət göstərib.
“Zirə” 5 futbolçu ilə müqaviləni uzatdı
“Zirə” beş futbolçu ilə müqavilə müddətini uzadıb. Canlixeber.com xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Eren Aydınla 3, Davit Volkov, Aydın Bayramov, Elçin Əlicanovla 2 illik yeni müqavilə imzalanıb. Həmçinin cari mövsümün əvvəlində 1+1 illik müqavilə imzalanan Enrike Kustodionun isə sözləşməsindəki 1 illik yeni müqavilə bəndi qüvvəyə minib.
“Zirə” qapıçısı Tiaqo Silva ilə yollarını ayırıb
“Zirə” qapıçısı Tiaqu Silva ilə yollarını ayırıb. Canlixeber.com xəbər verir ki, bu barədə klub məlumat yayıb. Qeyd edək ki, 26 yaşlı braziliyalı qolkiper 2023-cü ildən “Zirə”də çıxış edib.
“Zirə” 5 futbolçu ilə yollarını ayırıb
“Zirə” 5 futbolçu ilə yollarını ayırıb. Canlixeber.com xəbər verir ki, bu barədə klubdan məlumat verilib. Ceyhun Nuriyev, Stefan Aka, Eldar Quliyev, Leroy Mikelslə müqavilənin müddəti başa çatıb. Həmçinin Xorvatiyanın “Varajdin” klubundan heyətə cəlb olunan Rüfət Abdullazadə ilə icarə müqaviləsinin müddəti bitib.
Premyer Liqa: Bu gün XXXII tura yekun vurulacaq
Bu gün Misli Premyer Liqasında XXXII tura yekun vurulacaq. Canlixeber.com xəbər verir ki, son oyun günündə daha 2 qarşılaşma keçiriləcək. “Zirə” Zirə İdman Kompleksinin stadionunda “Sumqayıt”ı, “Sabah” isə “Bank Respublika Arena”da “Neftçi”ni qəbul edəcək.Hər iki matç saat 18:00-da başlayacaq. “Sabah” – “Neftçi” görüşü başa çatdıqdan sonra son ölkə çempionu olan Masazır kollektivinin futbolçuları mükafatlandırılacaq, komandaya […]
