Zelim Kotsoyev
Zelim Kotsoyev dünya çempionatında məğlub oldu
Bakıda keçirilən cüdo üzrə dünya çempionatında Azərbaycan idmançısı Zelim Kotsoyev mübarizəni dayandırıb. Canlixeber.com xəbər verir ki, Paris-2024 Yay Olimpiya Oyunlarının qalibi 1/8 final mərhələsində Rusiya təmsilçisi Arman Adamyanla qarşılaşıb. Görüş Kotsoyevin məğlubiyyəti ilə başa çatıb.
Zelim Kotsoyevdən dünya çempionatında növbəti qələbə
Azərbaycan cüdoçusu Zelim Kotsoyev (100 kq) Bakıda keçirilən dünya çempionatında növbəti qələbəsini qazanıb. Canlixeber.com xəbər verir ki, o, 1/16 finalda slovakiyalı Benyamin Mataseyi ipponla məğlub edib. Zelim Kotsoyev növbəti mərhələdə Rusiya təmsilçisi Arman Adamyanla qarşılaşacaq.
Olimpiya çempionumuz dünya çempionatına qələbə ilə başladı
Azərbaycan cüdoçusu Zelim Kotsoyev Bakıda keçirilən dünya çempionatında ilk görüşünü qələbə ilə başa vurub. Canlixeber.com xəbər verir ki, Paris-2024 Yay Olimpiya Oyunlarının qalibi və 2024-cü ilin dünya çempionu 100 kq çəki dərəcəsində mübarizəyə 1/32 final mərhələsindən başlayıb. Z.Kotsoyev ilk görüşündə Türkmənistan təmsilçisi Baymırat Majanovla qarşılaşıb. Azərbaycan idmançısı rəqibini vaxtından əvvəl ipponla məğlub edərək növbəti mərhələyə […]
