1 min read

Bakıda oğlan işləmədiyinə görə ona irad bildirən atasını döydü

Bakının Xəzər rayonu ərazisində 2005-ci il təvəllüdlü E.İsmayılzadə atasını döyüb. Canlixeber.com xəbər verir ki, buna valideynin övladına işləməməsinə görə irad bildirməsi səbəb olub. Mübahisə zəminində 21 yaşlı gənc atasına bir neçə yumruq zərbəsi endirib. Hadisə ilə bağlı Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə cinayət işi açılıb. Xəzər Rayon Məhkəməsinin hökmünə əsasən, təüsirləndirilən şəxsin azadlığı 9 ay […]

1 min read

42 yaşlı qadın müəmmalı şəkildə öldü

Xəzər rayonunda 42 yaşlı qadın qəfil vəfat edib. Canlixeber.com xəbər verir ki, hadisə avqustun 26-sı saat 21 radələrində Mərdəkan qəsəbəsində baş verib. 1984-cü il təvəllüdlü N.Babayeva yaşadığı evin həyətində naməlum səbəbdən qəflətən ölüb. Ölüm səbəbinin müəyyən edilməsi məqsədilə araşdırma aparılır.

1 min read

Bakıda 27 yaşlı kişi stadionda öldü

Bakıda 27 yaşlı kişi stadionda ölüb. Canlixeber.com xəbər verir ki, hadisə paytaxtın Xəzər rayonu, Binə qəsəbəsinin ərazisində yerləşən stadionda baş verib. Bakı şəhər sakini, 1999-cu il təvəllüdlü Xəyal Xaliq oğlu İbadov futbol oynayan zaman ürək çatışmazlığından ölüb. Araşdırmalar rayon prokurorluğu tərəfindən aparılır.

1 min read

Xəzər rayonunda çətənə kolu yetişdirən şəxs saxlanılıb

Xəzər Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində Şüvəlan qəsəbəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Hatəm Sultanov saxlanılıb. Canlixeber.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, onun yaşadığı evin həyətyanı sahəsinə baxış zamanı kultivasiya yolu ilə yetişdirilmiş, ümumi çəkisi 232 kiloqram olan 46 ədəd çətənə kolu aşkarlanaraq götürülüb. Faktla bağlı […]

1 min read

Xəzər rayonunda ev və avtomobildən oğurluq edən şəxs saxlanılıb

Xəzər rayonu ərazisində yerləşən evlərin birindən məişət əşyaları oğurlanıb. Canlixeber.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 28 yaşlı C.Hayıfzadə saxlanılıb. Araşdırmalar zamanı saxlanılan şəxsin paytaxt ərazisində daha bir ev və avtomobildən 2000 manat pul vəsaiti oğurladığı məlum olub. Araşdırmalar davam etdirilir.

1 min read

Xəzər rayonunda 13 kiloqrama yaxın narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb

Xəzər Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib. Canlixeber.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, tədbirlərlə paytaxt ərazisində narkokuryerlik etməkdə şübhəli bilinən 22 yaşlı Cahid İbrahimov saxlanılıb. Ondan 13 kiloqrama yaxın marixuana aşkarlanaraq götürülüb. Faktla bağlı cinayət işi başlanılıb. Məhkəmənin qərarı ilə C.İbrahimov barəsində […]

1 min read

Bakıda mağazada yanğın olub

Bakıda yanğın hadisəsi baş verib. Canlixeber.com xəbər verir ki, hadisə paytaxtın Xəzər rayonunun Binə qəsəbəsində qeydə alınıb. Səhər saatlarında qəsəbə ərazisindəki mağazalardan birində yanğın başlayıb. Fövqəladə Hallar Nazirliyindən (FHN) Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, yanğınla bağlı nazirliyin “112” qaynar xəttinə məlumat daxil olub. Dərhal əraziyə nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri cəlb olunub. Yanğının […]