1 min read

Vətən Müharibəsi Qəhrəmanına yüksək rütbə verildi

Vətən Müharibəsi Qəhrəmanı, Hərbi Dəniz Qüvvələrinin (HDQ) zabiti Xaliq İbrahimova növbəti hərbi rütbə verilib. Canlixeber.com xəbər verir ki, müdafiə naziri general-polkovnik Zakir Həsənov bununla bağlı Əmr imzalayıb. Əmrə əsasən, X.İbrahimova “1-ci dərəcəli kapitan” hərbi rütbəsi verilib. “1-ci dərəcəli kapitan” rütbəsi digər qoşun növlərindəki “polkovnik” rütbəsinə bərabərdir. Bundan sonrakı pillə “kontr-admiral” ali rütbəsidir. Qeyd edək ki, […]

1 min read

Azərbaycanda hərbi qulluqçu vəfat etdi

Yevlax rayonu, Qoyunbinəsi kənd sakini, 41 yaşlı müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu (MAHHXHQ) Rafiq Şöhrət oğlu Cəfərov vəfat edib. Canlixeber.com xəbər verir ki, xəbər verir ki, hərbçi təlimdə olduğu vaxt qəfil ürəyi dayanıb. Qeyd edək ki, Rafiq Cəfərov Vətən müharibəsində və antiterror əməliyyatlarında fəal iştirak edərək rəşadət göstərib. Ailəli olan hərbçinin iki övladı yadigar […]

1 min read

34 yaşlı Vətən müharibəsi iştirakçısı qəfil vəfat etdi

Naxçıvan Muxtar Respbulikasının Kəngərli rayonunda Vətən müharibəsi iştirakçısı ürək çatışmazlığından vəfat edib. Canlixeber xəbər verir ki, 44 günlük Vətən müharibəsi iştirakçısı Elvin Pənahov iş yerində idman edərkən dünyasını dəyişib. Qeyd edək ki, 34 yaşlı mərhum E.Pənahov ailəli olub, üç övladı var.

1 min read

Lerikdə Vətən müharibəsi qazisi vəfat etdi

Vətən müharibəsi qazisi Şamo İbadov vəfat edib. Canlixeber.com Oxu.Az-a istinadla xəbər verir ki, o ağır xəstəlik səbəbindən dünyasını dəyişib. Qeyd edək ki, Şamo İbadov Lerik rayonunda müəllim kimi fəaliyyət göstərb. O, 44 günlük Vətən müharibəsində iştirak etmək üçün müəllimlik fəaliyyətini dayandıraraq könüllü şəkildə döyüşlərə qatılıb.

1 min read

Məktəbli ürəktutmadan vəfat etdi

Salyan rayonunda məktəbli vəfat edib. Canlixeber.com “Qafqazinfo”ya istinadla xəbər verir ki, rayonun Kürsəngi kənd sakini, 16 yaşlı Səmar qəflətən dünyasını dəyişib. Onun ürəktutmadan vəfat etdiyi deyilir. Qeyd edək ki, ailəninn yeganə oğlu olan Səmarın atası Vüsal Qurbanov Vətən müharibəsi iştirakçısıdır.