Təyyarə reysləri
Bakıdan Naxçıvana təyyarə reysləri bərpa edilib
AZAL-ın Bakı-Naxçıvan marşrutu üzrə reysləri bərpa olunub. Canlixeber.com xəbər verir ki, bu barədə AZAL məlumat yayıb. Bildirilib ki, uçuşlar hazırda cədvələ uyğun şəkildə icra edilir. Qeyd edək ki, bölgədə hava şəraitinin sabitləşməsindən sonra reyslərin yerinə yetirilməsi normal rejimdə davam etdirilir.
Bakı-Naxçıvan reysləri TƏXİRƏ SALINDI
Azərbaycan Hava Yollarının 6 iyul 2026-cı il tarixinə planlaşdırılan bir sıra Bakı-Naxçıvan reysləri ildırımlı hava şəraiti səbəbindən təxirə salınıb. Canlixeber.com xəbər verir ki, bu barədə AZAL məlumat yayıb. Bildirilib ki, hava şəraiti sabitləşdikdən sonra uçuşların icrasına davam ediləcək. Sərnişinlər mümkün dəyişikliklərlə bağlı ətraflı məlumatlandırılacaqlar. Qeyd edilib ki, Naxçıvan Muxtar Respublikasının coğrafi mövqeyi və dağlıq relyefi […]
AZAL: Bu gün Naxçıvan reyslərində gecikmələr və təxirə salınmalar nəzərdə tutulur
Azərbaycan Hava Yollarının Bakı-Naxçıvan-Bakı marşrutu üzrə 5 iyul 2026-cı il tarixinə planlaşdırılan bir sıra reyslərində Naxçıvanda hökm sürən qeyri-sabit hava şəraiti səbəbindən gecikmələr və ya təxirə salınmalar nəzərdə tutulur. Canlixeber.com xəbər verir ki, vu barədə “Azərbaycan Hava Yolları” QSC məlumat yayıb. Sərnişinlər mümkün dəyişikliklərlə bağlı ətraflı məlumatlandırılacaqlar. Qeyd edək ki, Azərbaycanın milli aviadaşıyıcısı bütün qərarları […]
AZAL Naxçıvan reyslərini ləğv edib
Azərbaycan Hava Yollarının (AZAL) 27 iyun 2026-cı il tarixinə planlaşdırılan Bakı–Naxçıvan reysləri Naxçıvan aeroportunda müşahidə olunan ildırımlı hava şəraiti səbəbindən ləğv edilib. Canlixeber.com xəbər verir ki, bu barədə AZAL məlumat yayıb. Bildirilib ki, sərnişinlərə mümkün dəyişikliklərlə bağlı ətraflı məlumat veriləcək və hava şəraiti sabitləşdikdən sonra uçuşlar ştat rejimdə icra edilməyə davam edəcək. “AZAL-da bütün qərarlar […]
Naxçıvana uçuşlar bərpa edildi
Azərbaycan Hava Yolları (AZAL) əlverişsiz hava şəraiti səbəbilə təxirə salınan Bakı-Naxçıvan-Bakı reyslərini yenidən bərpa edib. Canlixeber.com xəbər verir ki, bu barədə AZAL məlumat yayıb. Hazırda bölgədə qeyri-stabil hava şəraiti mövcud olsa da, reyslərin icrasına təhlükə törətmədiyindən sözügedən marşrut üzrə uçuşlar həyata keçirilməyə davam edir. AZAL vəziyyəti nəzarətdə saxlayır və sərnişinlərin təhkükəsizliyi üçün bütün zəruri tədbirləri […]
AZAL hava şəraiti ilə əlaqədar müvəqqəti dayandırılan Naxçıvan reyslərinin icrasını bərpa edib
Azərbaycan Hava Yolları (AZAL) əlverişsiz hava şəraiti səbəbindən müvəqqəti həyata keçirilməyən Bakı-Naxçıvan-Bakı marşrutu üzrə uçuşların icrasını yenidən bərpa edib. Canlixeber.com xəbər verir ki, bu barədə AZAL məlumat yayıb. Hazırda qeyd olunan istiqamətdə reyslər planlaşdırılmış qrafikə uyğun yerinə yetirilir. Eyni zamanda, AZAL bölgədə müşahidə olunan qeyri-sabit hava şəraitini daim nəzarətdə saxlayır və uçuşların təhlükəsiz icrasını təmin […]
AZAL Naxçıvan reyslərini bərpa edib
“Azərbaycan Hava Yolları” QSC (AZAL) son günlər əlverişsiz hava şəraiti səbəbindən təxirə salınmış Bakı-Naxçıvan-Bakı reyslərini bərpa edib. Canlixeber.com AZAL-a istinadən xəbər verir ki, sözügedən marşrut üzrə uçuşlar ştat rejimdə icra olunur. “Sərnişinlərin təhlükəsizliyi AZAL üçün daim ən vacib prioritet olaraq qalır və bu istiqamətdə bütün zəruri tədbirlər həyata keçirilir”, – deyə aviaşirkət bəyan edib.
