1 min read

Şüvəlanda it 2 nəfəri qapdı

Qonşunun iti ev sahibinə hücum edərək xəsarət yetirib. Canlixeber.com Xəzər” TV-yə istinadla xəbər verir ki, hadisə Şüvəlan qəsəbəsində olub. Xəsarət alan Eldar Hüseynovun sözlərinə görə, bir neçə gün əvvəl giriş qapısı açıq qaldığından qonşuluqdakı it həyətə daxil olub. Heyvan əvvəlcə onun xanımına hücum edib.  Eldar Hüseynovun müdaxiləsi zamanı it onu qaparaq müxtəlif bədən xəsarətləri yetirib. 

1 min read

Şüvəlanda dənizdə çimən şəxs boğularaq ölüb

Şüvəlanda dənizdə çimən şəxs boğularaq ölüb. Canlixeber.com xəbər verir ki, Şüvəlan qəsəbə sakini, 1960-cı il təvəllüdlü Şirzad Baba oğlu Əliyev qəsəbənin ərazisində dənizdə çimərkən boğulüb. Ş.Əliyevin meyiti sudan çıxarılıb. Araşdırmalar rayon prokurorluğu tərəfindən aparılır.