Sumqayıt şəhəri
Sumqayıtda çoxmərtəbəli yaşayış binasında yanğın olub
Sumqayıtda çoxmərtəbəli yaşayış binasında yanğın olub. Canlixeber.com verir ki, hadisə şəhərin Dənizkənarı Bulvar ərazisində yerləşən çoxmərtəbəli yaşayış binasının mənzillərindən birində qeydə alınıb. Yanğın baş verən əraziyə dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları və texnikaları cəlb olunub. Yanğın qısa müddətdə söndürülüb. Faktla bağlı araşdırma aparılır, yanğının başvermə səbəbləri müəyyənləşdirilir.
Sumqayıtda evdə kişi meyiti aşkarlanıb
Sumqayıt şəhərində kişi meyiti aşkarlanıb. Canlixeber.com “Teleqraf”a istinadla xəbər verir ki, hadisə şəhərin 8-ci mikrorayon ərazisində qeydə alınıb. Bildirilib ki, 1984-cü il təvəllüdlü Rza Rzayev yaşadığı evdə ölü vəziyyətdə tapılıb. Əraziyə polis və aidiyyəti qurumların əməkdaşları cəlb olunublar. Meyitə ilkin baxış keçirilib və araşdırmalara başlanılıb.Hadisənin başvermə səbəbləri araşdırılır.
