Sakinlərin nəzərinə
FHN əhaliyə müraciət edib
Havaların soyuması ilə elektrik və qazla işləyən qızdırıcı cihazlara olan tələbat xeyli artır. Belə olan halda məişətdə elektrik və qaz təsərrüfatlarında olan nasazlıqlar, o cümlədən qeyri-standart və ya kustar üsulla hazırlanmış qaz və elektrik qızdırıcı cihazlarından istifadə, elektrik şəbəkəsinin həddindən artıq yüklənməsi, ehtiyatsızlıq və nəzarətsizlik yanğın və ya partlayışa səbəb ola bilər. Canlixeber.com xəbər verir […]
ADY hava şəraiti ilə bağlı sərnişinlərə müraciət edib
Azərbaycan Dəmir Yolları QSC (ADY) ölkə ərazisində müşahidə olunan yağışlı və küləkli hava şəraiti ilə əlaqədar müvafiq tədbirlər görür. Canlixeber.com xəbər verir ki, bu barədə ADY məlumat yayıb. Bildirilib ki, hazırda əməkdaşlar tərəfindən dəmir yolu ərazilərinə nəzarət edilir. Qeyd olunub ki, qatarlar hərəkətini qrafik üzrə davam etdirir. ADY sərnişinləri hava şəraitinin görmə məsafəsini məhdudlaşdıra və […]
Leysan, sel, daşqın olacaq – Əhaliyə xəbərdarlıq
Fövqəladə Hallar Nazirliyi (FHN) qeyri-sabit hava şəraiti ilə bağlı əhaliyə müraciət edib. Canlixeber.com xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, bu gündən başlayaraq yaxın günlər ərzində respublika ərazisində, o cümlədən Bakıda və Abşeron yarımadasında havanın qeyri-sabit keçəcəyi, intensiv yağış yağacağı, bəzi həssas yerlərdə lokal subasma, dağ çaylarında isə qısamüddətli sel və daşqın baş verəcəyi, […]
FHN: Yeraltı avtodayanacaqlarda elektrik doldurma qurğularının kortəbii quraşdırılması yanğın riskini artırır
Yeraltı avtodayanacaqlarda elektrik doldurma qurğularının kortəbii quraşdırılması yanğın riskini artırır. Canlixeber.com xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) elektrik doldurma qurğularının təhlükəsiz istismarına dair əhaliyə müraciətində qeyd olunub. Bildirilib ki, ölkədə son zamanlar elektrik mühərrikli nəqliyyat vasitələrindən istifadənin genişlənməsi ilə əlaqədar elektrik doldurma qurğularının sayı da durmadan artır: “Ancaq elektrik doldurma qurğularının quraşdırılması […]
DİN: Skuterlərlə bağlı qayda pozuntuları ciddi təhlükə yaradır
Skuterlərdən istifadə zamanı təhlükəsizlik qaydalarına riayət edilməməsi istifadəçilər və digər hərəkət iştirakçıları üçün ciddi təhlükə yaradır. Canlixeber.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb. Bildirilib ki, skuter nəqliyyat vasitəsidir və onu idarə edən şəxs yol hərəkətinin iştirakçısı kimi müəyyən edilmiş qaydalara əməl etməli, ətrafdakı şəxslərin təhlükəsizliyini nəzərə almalıdır. “Avqustun 22-də paytaxtın Yasamal […]
Şəxsi məlumatlarınızı heç kimə göndərməyin, kiberdələduzluğun yeni üsulları- DİN çağırış edir
Vətəndaşların bank hesablarına çıxış əldə etmək və pul vəsaitlərini mənimsəmək məqsədilə yeni üsullardan və fərqli təkliflərdən istifadə olunur, nəticədə vətəndaşlar maddi zərərə məruz qalırlar. Saxta internet səhifələri və keçidlər, hədiyyə və uduş vədləri, eləcə də cəlbedici təkliflər vasitəsilə bank kartlarına dair məxfi məlumatların əldə edilməsinə cəhd göstərilir. Canlixeber.com xəbər verir ki, bu barədə Daxili İşlər […]
Gözlənilən güclü külək və yağışla bağlı ƏHALİYƏ MÜRACİƏT
Fövqəladə Hallar Nazirliyi (FHN) gözlənilən küləkli və yağıntılı hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib. Canlixeber.com xəbər verir ki, bu barədə FHN məlumat yayıb. Bildirilib ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, ölkə ərazisində avqustun 30-dək güclü külək əsəcəyi, ayrı-ayrı yerlərdə intensiv yağış yağacağı və bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi proqnozlaşdırılır: “Qeyd olunanları nəzərə alaraq, […]
DYP piyadalara müraciət edib
DİN-in Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) piyadalara müraciət edib. Canlixeber.com xəbər verir ki, bu barədə idarə məlumat yayıb. müraciətdə deyilir ki, yol hərəkətinin təhlükəsizliyinin təmin olunmasında piyadaların da üzərinə böyük məsuliyyət düşür: “Hər bir piyada yol hərəkəti qaydalarına ciddi əməl etməklə, yolu yalnız nəzərdə tutulmuş piyada keçidlərindən keçməli və hərəkət zamanı diqqətli olmalıdır. Tələsməmək, […]
“Azəristiliktəchizat” vətəndaşlara müraciət edib
“Azəristiliktəchizat” ASC 2026–2027-ci il istilik mövsümünə hazırlıqla əlaqədar vətəndaşlara müraciət edib. Canlixeber.com xəbər verir ki, səhmdar cəmiyyəti bəyan edib ki, hazırlıq işləri çərçivəsində istilik təchizatı sisteminə müntəzəm olaraq yoxlama (sınaq) suyu verilir və sistemin texniki vəziyyətinin yoxlanılması həyata keçirilir. Qurum bununla əlaqədar olaraq, istehlakçılardan mənzillərində istilik sistemi ilə bağlı aparılan təmir, quraşdırma və ya dəyişiklik […]
Bəzi ərazilərdə işıq olmayacaq
Biləsuvarın bir sıra ərazilərində təmir işləri ilə əlaqədar bu gün elektrik enerjisinin verilişində fasilələr yaranacaq. Canlixeber.com xəbər verir ki, Biləsuvar Elektrik Şəbəkəsinə daxil olan Köhnəkənd, Muğan, Yuxarı Ağalı kəndləri və Biləsuvar şəhərinin bəzi hissələrində saat 10:00-dan 12:00-dək, Dərvişli, Amankənd, Ağalıkənd, Yuxarı Cürəli, Təzəkənd və Ovçubərə kəndlərində saat 11:00-dan 13:00-dək, eləcə də şəhər ərazisində bir sıra […]
