Sabah FK
Prezident İlham Əliyevdən “Sabah” futbol klubu ilə bağlı SƏRƏNCAM
Prezident İlham Əliyev “Sabah” futbol klubuna maliyyə dəstəyi göstərilməsi haqqında Sərəncam imzalayıb. Canlixeber.com xəbər verir ki, sərəncamla UEFA Çempionlar Liqasının liqa mərhələsinə vəsiqə qazanması ilə əlaqədar Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan “Sabah” futbol klubuna beş milyon manat ayrılır. Maliyyələşməni təmin etmək Maliyyə Nazirliyinə, sərəncamdan irəli gələn məsələlərin […]
Çempionlar Liqasında bütün iştirakçılar BƏLLİ OLDU: “Sabah” nəhənglərlə bir sırada
UEFA Çempionlar Liqasının 2026/2027-ci illər mövsümünün ümumi mərhələsinin bütün iştirakçıları müəyyənləşib. Canlixeber.com xəbər verir ki, turnirin əsas mərhələsində ümumilikdə 36 komanda mübarizə aparacaq. Onlardan 29-u birbaşa vəsiqə qazanıb, qalan yeddi yeri isə seçmə mərhələni keçən komandalar tutub. Son dörd vəsiqə “Fənərbağça” (Türkiyə), AEK (Yunanıstan), “Vikinq” (Norveç) və “Slovan” (Sloveniya) klublarına nəsib olub. Daha əvvəl ümumi […]
“Sabah” Çempionlar Liqasının tarixinə düşüb
“Sabah” klubu UEFA Çempionlar Liqasında tarixi uğura imza atıb. Canlixeber.com xəbər verir ki, Azərbaycan təmsilçisi turnirin təsnifat mərhələsindən əsas raunda vəsiqə qazanan ən gənc komanda olub. 2017-ci ildə təsis edilən klub cəmi 9 ildən sonra Çempionlar Liqasının liqa mərhələsinə yüksəlib. Daha əvvəl bu rekord Rusiyanın “Krasnodar” klubuna (12 il) məxsus olub. Qeyd edək ki, “Sabah” […]
Prezident İlham Əliyev “Sabah”ı təbrik edib
Prezident İlham Əliyev “Sabah” futbol klubunu UEFA Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə əldə etməsi münasibətilə təbrik edib. Canlixeber.com xəbər verir ki, bu barədə Prezidentin “X” hesabında paylaşım edilib. “Sabah” futbol klubunu möhtəşəm zəfər qazanaraq UEFA Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə əldə etməsi münasibətilə ürəkdən təbrik edirəm. Yeni yaradılmış bir komandanın qısa müddət ərzində belə böyük […]
“Sabah”ın Çempionlar Liqasındakı oyunu hansı kanalda yayımlanacaq?
Bu axşam UEFA Çempionlar Liqasında pley-off mərhələsinin cavab oyunları keçiriləcək. Canlixeber.com xəbər verir ki, təmsilçimiz “Sabah” bu mərhələdə İsrailin “Hapoel Beer-Şeva” klubunu qəbul edir. İzləyicilər “Sabah” – “Hapoel Beer-Şeva” oyununu İctimai TV-də izləyə biləcəklər. UEFA Çempionlar Liqası Pley-off mərhələsi 25 avqust Saat 20:45, “Sabah” – “Hapoel Beer-Şeva” (İctimai TV).
Çempionlar Liqası həyəcanı Bakıda: “Sabah” – “Hapoel Beer-Şeva”
“Sabah” futbol klubu bu axşam UEFA Çempionlar Liqasının play-off mərhələsində cavab oyununu keçirəcək. Canlixeber.com xəbər verir ki, təmsilçimiz bu mərhələdə İsrailin “Hapoel Beer-Şeva” klubunu qəbul edəcək. Tofiq Bəhramov adına Respublika stadionunda təşkil olunacaq qarşılaşma saat 20:45-də başlanacaq. Xatırladaq ki, komandalar arasında keçirilən ilk görüş İsrail təmsilçisinin 2:1 hesablı qələbəsi ilə başa çatıb. UEFA Çempionlar Liqası […]
“Sabah” – “Hapoel” matçının hakimləri bəlli oldu
UEFA Çempionlar Liqasının pley-off mərhələsində keçiriləcək “Sabah” – “Hapoel” (Beer-Şeva) cavab oyununun hakimləri bəlli olub. Canlixeber.com xəbər verir ki, avqustun 25-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək görüşü rumıniyalı hakimlər briqadası idarə edəcək. Matçın baş hakimi İştvan Kovaç olacaq. Ona Mixay Marika və Ferents Tunyodi kömək edəcəklər. Dördüncü hakim funksiyasını Sabolç Kovaç yerinə yetirəcək. VAR […]
“Sabah”-“Hapoel” matçına 15000 bilet satıldı
UEFA Çempionlar Liqasının pley-off mərhələsinin “Sabah” – “Hapoel” (Beer-Şeva) oyununa 15 000 bilet satılıb. Canlixeber.com xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Qarşılaşma avqustun 25-də, saat 20:45-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Xatırladaq ki, tərəflər arasında Rumıniyanın paytaxtı Buxarestdə keçirilən ilk oyun “Hapoel”in 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
“Sabah”ın qapıçısı Stas Pokatilov Qazaxıstan millisinə çağırıldı
“Sabah” klubunun qapıçısı Stas Pokatilov üçün milli həyəcanı başlayır. Canlixeber.com xəbər verir ki, qolkiper ölkəsinin yığmasına dəvət alıb. Məlumata görə, Pokatilov yığma komandanın UEFA Millətlər Liqası çərçivəsində baş tutacaq növbəti qarşılaşmaları üçün nəzərdə tutulan geniş heyətinə cəlb olunub. Xatırladaq ki, Qazaxıstan seçməsi qarşıdakı günlərdə üç sınağa çıxacaq. Komanda sentyabrın 26-da Farer adaları, sentyabrın 29-da Slovakiya, […]
“Sabah”ın Çempionlar Liqasındakı oyunu hansı kanalda yayımlanacaq?
Bu axşam UEFA Çempionlar Liqasında pley-off mərhələsinin növbəti oyunları keçiriləcək. Canlixeber.com xəbər verir ki, təmsilçimiz “Sabah” bu mərhələdə İsrailin “Hapoel Beer-Şeva” klubunun qonağı olacaq. İzləyicilər “Hapoel Beer-Şeva” – “Sabah” oyununu İctimai TV-də izləyə biləcəklər. UEFA Çempionlar Liqası Pley-off mərhələsi 19 avqust Saat 23:00, “Hapoel Beer-Şeva” – “Sabah” (İctimai TV) Sabah FKHapoel Beer-Şeva FK
