1 min read

Kiyevə raket zərbələri nəticəsində Azərbaycanın Ukraynadakı səfirliyinə ziyan dəyib

Rusiya ordusunun iyulun 19-na keçən gecədən başlayaraq Kiyevə endirdiyi kütləvi raket zərbələri nəticəsində Azərbaycanın Ukraynadakı səfirliyinin inzibati binasına ziyan dəyib. Canlı xəbər.com AZƏRTAC-a istinadlə xəbər verir ki, binadan 200-250 metr məsafəyə, “Lukyanovka” metro stansiyasının qarşısına düşən raketin zərbəsindən səfirliyin binasında şüşələr sınıb, tavanda çatlar əmələ gəlib. Səfirliyin şəxsi heyətindən xəsarət alan olmayıb. Qeyd edək ki, […]

1 min read

Ukraynadakı səfirliyimizə yaxın ərazilər vuruldu

Rusiya ordusunun Kiyev şəhərini ballistik raketlərlə vurması nəticəsində Azərbaycanın Ukraynadakı səfirliyinə yaxın ərazilər də raket zərbələrinə məruz qalıb. Canlixeber.com xəbər verir ki, zərbələrin əsas hədəfi “Lukyanovka” metrostansiyasının ətrafı olub. Stansiyanın giriş hissəsi dağılıb. Ətrafdakı yaşayış binalarına da ziyan dəyib, avtomobillər yanıb. Səfiriyin inzibati binasından 200-250 metr məsafədə dağıntı və yanğın baş verib. Kiyev Şəhər Hərbi […]

1 min read

Ukraynada 77 yaşlı azərbaycanlı Rusiya ordusunun dron zərbəsindən ölüb

Ukraynanın Sumı vilayətinin, Rusiya ilə həmsərhəd Velika Pisarevka rayonu ərazisində 1949-cu il təvəllüdlü Yelmar Mövsüm oğlu Əliyev dron zərbəsindən həlak olub. Canlixeber.com xəbər verir ki, Y.Əliyev avtomobili ilə gedərkən üzərinə Rusiya ordusuna məxsus əl bombası daşıyan drondan zərbə endirilib. Həmyerlimiz yerindəcə həlak olub. Əslən Beyləqan rayonundan olan Y.Əliyev Ukrayna vətəndaşı olub. Onun nəşi dəfn olunması […]

1 min read

Xarkovda azərbaycanlı tələbə həlak oldu

Rusiyanın Ukraynanın Xarkov şəhərinə hava hücumu nəticəsində azərbaycanlı tələbə həlak olub. Canlı xəbər.com xəbər verir ki, Xarkov Tibb Universitetinin altıncı kurs tələbəsi Fatimə Hüseynova raket zərbələri nəticəsində həyatını itirib. Qeyd edək ki, son günlərdə Rusiya və Ukraynanın bir-birinə hava hücumlarının miqyası kəskin artıb.

1 min read

5 övladı olan həmyerlimiz Rusiya-Ukrayna müharibəsində həlak oldu

Rusiya-Ukrayna müharibəsində Rusiya Silahlı Qüvvələrinin tərkibində döyüşən daha bir azərbaycanlı həyatını itirib. Canlixeber.com “Qafqazinfo”ya istinadla xəbər verir ki, Astara rayonunun Siyəkəran kənd sakini Vaqif Qazı oğlu Qəhrəmanov cəbhədə gedən döyüşlər zamanı həlak olub. Bir müddətdir itkin düşmüş şəxs kimi axtarışda olan V. Qəhrəmanovun nəşi tapılıb. Qeyd edək ki, Azərbaycan vətəndaşı olan və Rusiyada muzdlu fəaliyyətlə […]

1 min read

Ukraynadakı müharibədə daha bir azərbaycanlı həlak olub

Ukraynadakı müharibədə daha bir azərbaycanlı həlak olub. Canlixeber.com Modern.az-a istinadla xəbər verir ki, Rusiya ordusunun tərkibində döyüşən Azərbaycan əsilli Rusiya vətəndaşı, 1995-ci il təvəllüdlü Asif Novruz oğlu Mehdiyev Ukraynadakı hərbi əməliyyatlar zamanı həyatını itirib. Həştərxan şəhərində yaşayan 19 mart 1995-ci il təvəllüdlü Asif Mehdiyevin Rusiya ordusunda müqaviləli hərbi qulluqçu kimi xidmət etdiyi bildirilir. O, cəbhə […]

1 min read

Ukraynada 10 gündə altı azərbaycanlı həlak olub

Ukrayna ərazisində davam edən hərbi əməliyyatlar zamanı daha 6 azərbaycanlı həlak olub. Canlixeber.com Modern.az-a istinadla xəbər verir kp, son 10 gün ərzində döyüşlərdə daha 6 həmyerlimiz həyatını itirib. Həlak olan şəxslərin siyahısını təqdim edirik: – Məmmədov Roman Musa oğlu – 07.09.1986-cı il təvəllüdlü, Novosibirsk vilayətinin Kolıvan kəndində yaşayıb. – Abbasov Namiq Məhərrəm oğlu – 23.12.1969-cu […]