Qəbul imtahanları
Qəbul imtahanının II mərhələsinin II cəhdinin tarixi açıqlanıb
II və III qruplar üzrə ali təhsil müəssisələrinə qəbul imtahanının II mərhələsinin II cəhdi iyulun 5-i keçiriləcək. Canlixeber.com xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb. Bildirilib ki, I və IV qruplar üzrə isə qəbul imtahanı, həmçinin coğrafiya fənni üzrə isə əlavə imtahan iyulun 12-si olacaq. Sözügedən imtahanlara qeydiyyat 1-8 iyun tarixlərində aparılacaq.
II və III ixtisas qrupları üzrə qəbul imtahanı keçirilib, yeddi nəfərdə telefon aşkarlanıb
Dövlət İmtahan Mərkəzi (DİM) II və III ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı keçirib. Canlixeber.com xəbər verir ki, bu barədə DİM məlumat yayıb. İlkin məlumatlara əsasən, 7 nəfərdə mobil telefon, 2 nəfərdə isə “ağıllı” saat aşkarlandığı üçün imtahandan xaric olunub. Baş verən qayda pozuntuları ilə bağlı araşdırma aparılacaq. Bildirilib ki, imtahan Bakı, Xankəndi, […]
Mayın 24-də II və III ixtisas qrupları üzrə qəbul imtahanı keçiriləcək
Mayın 24-də II və III ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı keçiriləcək. Canlixeber.com xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb. Bildirilib ki, imtahanlar Bakı, Xankəndi, Naxçıvan, Gəncə, Şəmkir, Ağstafa, Qazax, Sumqayıt, Abşeron, Şamaxı, Mingəçevir, Şəki, Zaqatala, Bərdə, Göyçay, Ucar, Kürdəmir, Şirvan, Sabirabad, Salyan, Lənkəran, Cəlilabad, Masallı, Quba və Xaçmazda təşkil […]
