1 min read

Prezidentin Qırğızıstana işgüzar səfəri başa çatıb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Qırğız Respublikasına işgüzar səfəri sentyabrın 1-də başa çatıb. Canlixeber.com xəbər verir ki, “Manas” Beynəlxalq Hava Limanında dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Prezident İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı Qırğızıstan Nazirlər Kabinetinin sədri – Prezident Administrasiyasının rəhbəri Adılbek Kasımaliyev yola salıb.

1 min read

Prezident: Azərbaycan beynəlxalq münasibətlərdə çoxtərəfliliyə töhfə verməyə davam edəcək

Azərbaycan beynəlxalq münasibətlərdə çoxtərəflilik prinsipinin möhkəmləndirilməsinə töhfə verməyə davam edəcək. Canlixeber.com xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev “ŞƏT plyus” formatında keçirilən yüksək səviyyəli görüşdə çıxış edərkən bildirib. “Azərbaycan bu yaxınlara qədər 4 il ərzində Qoşulmama Hərəkatına sədrlik edib. Ölkə bundan sonra da beynəlxalq münasibətlərdə çoxtərəflilik prinsipinin möhkəmləndirilməsinə töhfə verəcək”, – dövlət başçısı qeyd […]

1 min read

İlham Əliyev Təhlükəsizlik Şurası qətnamələrinin icrasında BMT-nin fəaliyyətsizliyinə diqqət çəkib

Birləşmiş Millətlər Təşkilatı (BMT) Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanmasına dair BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinin icrasında heç bir rol oynamayıb. Azərbaycan öz suverenliyini və ərazi bütövlüyünü müstəqil şəkildə bərpa edib. Canlixeber.com “Report”a istinadla xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev “ŞƏT plyus” formatında keçirilən yüksək səviyyəli görüşdə çıxış edərkən bildirib.

1 min read

İlham Əliyev: Bakı və İrəvan qarşılıqlı ticarətin həcminin artırılması üzərində işləyir

Azərbaycan Ermənistanla birgə qarşılıqlı ticarətin həcminin artırılması üzərində işləyir. Canlixeber.com “Report”a istinadla xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev “ŞƏT plyus” görüşündə çıxış edərkən bildirib. “Ermənistanla birgə qarşılıqlı ticarətin həcminin artırılması, onun nomenklaturasının genişləndirilməsi və yeni yerüstü nəqliyyat kommunikasiyalarının yaradılması üzərində işləyirik”, – İ. Əliyev deyib.

1 min read

İlham Əliyev Bişkekdə Vladimir Putinlə ayaqüstü söhbət edib

Azərbaycan Prezidenti İlham Əliyev Bişkekdə Şanxay Əməkdaşlıq Təşkilatı sammiti (ŞƏT) çərçivəsində Rusiya Prezidenti Vladimir Putinlə ayaqüstü söhbət edib. Canlixeber.com bu barədə “Report”a istinadla xəbər verir. Dövlət başçıları cari vəziyyəti müzakirə ediblər.

1 min read

Bişkekdə İlham Əliyevin Rəcəb Tayyib Ərdoğanla görüşü olub

Sentyabrın 1-də Qırğızıstanın paytaxtı Bişkek şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü olub. Canlixeber.com AZƏRTAC-a istinadən xəbər verir ki, söhbət zamanı Azərbaycan-Türkiyə ikitərəfli münasibətlərinin qardaşlıq və strateji müttəfiqliyə əsaslandığı vurğulanaraq, bütün istiqamətlər üzrə əlaqələrin daha da genişlənməsindən məmnunluq ifadə olunub. Ölkələrimizin “Bir millət, iki dövlət” prinsipinə uyğun olaraq həm […]

1 min read

İlham Əliyev və Mehriban Əliyeva Bişkekdə 6-cı Dünya Köçəri Oyunlarının açılış mərasimində iştirak edirlər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva avqustun 31-də Qırğızıstanın paytaxtı Bişkek şəhərində keçirilən 6-cı Dünya Köçəri Oyunlarının açılış mərasimində iştirak ediblər. Canlixeber.com xəbər verir ki, Dünya Köçəri Oyunlarının əsas məqsədlərindən biri əsrlər boyu müxtəlif xalqları birləşdirən dostluq, birlik və qarşılıqlı hörmət kimi dəyərləri təbliğ etməkdir. Bu tədbir köçəri sivilizasiyasının irsinin, mədəniyyətinin, qədim ənənələrinin və milli […]

1 min read

Bişkekdə Azərbaycan və Belarus prezidentlərinin görüşü olub

Azərbaycan Prezidenti İlham Əliyevin avqustun 31-də Qırğızıstanın paytaxtı Bişkek şəhərində Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Sammiti çərçivəsində Belarus Prezidenti Aleksandr Lukaşenko ilə görüşü keçirilib. Canlixeberxəbər verir ki, bu barədə “Report”un Qırğızıstana ezam olunmuş əməkdaşı xəbər verir. Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.