Nikol Paşinyan
Paşinyan yenidən Ermənistanın Baş naziri təyin edildi
Ermənistan Prezidenti Vaaqn Xaçaturyan hakim “Vətəndaş Müqaviləsi” Partiyasının lideri Nikol Paşinyanı yenidən ölkənin Baş naziri təyin edib. Canlixeber.com xəbər verir ki, bu barədə Ermənistan Prezidentinin rəsmi saytında dərc olunan fərmanda bildirilib. Sənəddə qeyd olunub ki, Ermənistan Konstitusiyasının 149-cu maddəsinin birinci hissəsinə əsasən Nikol Paşinyan Baş nazir vəzifəsinə təyin edilib.
Paşinyan istefa verdi
Ermənistanın baş naziri Nikol Paşinyan istefa verib. Canlixeber.com Ermənistan KİV-ə istinadən xəbər verir ki, bu barədə baş nazir sosial şəbəkə hesablarında paylaşım edib. “Konstitusiyanın 158-ci maddəsinə uyğun olaraq, yeni seçilmiş parlamentin fəaliyyətinin ilk günü hökumət istefa verir”, – deyə o qeyd edib. Yayılan videoda Paşinyan hökumətin istefası ilə bağlı sənədi imzalayaraq Ermənistan prezidentinə təqdim edib. […]
