Narkotik vasitələrin qanunsuz dövriyyəsi
Xəzər rayonunda 13 kiloqrama yaxın narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb
Xəzər Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib. Canlixeber.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, tədbirlərlə paytaxt ərazisində narkokuryerlik etməkdə şübhəli bilinən 22 yaşlı Cahid İbrahimov saxlanılıb. Ondan 13 kiloqrama yaxın marixuana aşkarlanaraq götürülüb. Faktla bağlı cinayət işi başlanılıb. Məhkəmənin qərarı ilə C.İbrahimov barəsində […]
Baş idarə əməliyyat keçirib, PUA ilə gətirilən 72 kq narkotik avtomobildə aşkarlanıb
Narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən şəxslər saxlanılıb. Canlixeber.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilən növbəti əməliyyat nəticəsində əvvəllər məhkum olunan 50 yaşlı Mətanət Qaffarova və sonuncu ilə birlikdə narkotiklərin dövriyyəsində əlbir olan 25 yaşlı Nurlan Gorodalov saxlanılıblar. Sonuncunun […]
Masallıda 7 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb
Masallı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib. Canlixeber.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, tədbir zamanı əvvəllər məhkum olunmuş 43 yaşlı Cavat Qasımov saxlanılıb. Ondan ümumilikdə 7 kiloqramdan artıq marixuana aşkarlanaraq götürülüb. Faktla bağlı cinayət işi başlanılıb. Saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs […]
İrandan Azərbaycana 32 kq narkotik keçirilməsinin qarşısı alındı
İrandan Azərbaycana 32 kq-dan artıq narkotikin gətirilməsi planı ifşa edilib. Canlixeber.com xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidməti (DSX) məlumat yayıb. Bildirilib ki, Sərhəd Qoşunları Komandanlığının “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 32 kiloqram 365 qram narkotik vasitə (27 kiloqram 65 qram marixuana, 5 kiloqram 300 […]
Nərimanov rayonunda 6 kq narkotik vasitə aşkarlanıb
Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib. Canlixeber.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Tədbir zamanı 27 yaşlı Paşa Bayramov və onunla əlbir olan 46 yaşlı qadın saxlanılıb. Onlardan 6 kiloqramdan artıq narkotik vasitə marixuana və tiryək aşkarlanıb. Araşdırma zamanı saxlanılanların narkotikləri paytaxt ərazisində ayrı-ayrı […]
Cəlilabadda 18 kiloqram narkotik aşkarlanıb
Cəlilabad Rayon Polis Şöbəsi narkotik vasitə və psixotrop maddələrin dövriyyəsinə qarşı əməliyyat həyata keçirib. Canlixeber.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.Bildirilib ki, tədbirlərlə hər ikisi əvvəllər məhkum olunmuş 35 yaşlı Ruslan Quliyev və 36 yaşlı Tural Hacıyev saxlanılıblar. Həmin şəxslərdən ümumilikdə 18 kiloqram marixuana və metamfetamin aşkarlanıb. Faktla bağlı cinayət işi […]
Milli Parkın ərazisində narkoplantasiya salan şəxs ələ keçdi
Astara Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik tərkibli bitkilərin kultivasiyasına qarşı əməliyyat keçirilib. Canlixeber.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb. Bildirilib ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yerli qurumlarının əməkdaşları ilə birgə keçirilən tədbir zamanı Hirkan Milli Parkının çətin relyef şəraitinə malik meşə ərazisində salınmış narkotik plantasiyası aşkarlanıb. Tədbirlərlə həmin […]
Salyanda 5 kiloqram narkotik vasitə aşkarlanıb
Salyan Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən, əvvəllər məhkum olunmuş Fikrət Abbasov saxlanılıb. Canlixeber.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.Bildirilib ki, ondan 5 kiloqrama yaxın narkotik vasitə olan marixuana və tiryək aşkarlanıb. Faktla bağlı cinayət işi başlanılıb. Məhkəmənin qərarı ilə F.Abbasov barəsində həbs qətimkan tədbiri […]
Kahının içərisində 22 kq marixuananı gizlədib daşıyanlar ifşa edildilər
Astara Gömrük İdarəsi əməkdaşlarının həyata keçirdikləri gömrük nəzarəti tədbirləri nəticəsində külli miqdarda narkotik vasitə – marixuana aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb. Canlixeber.com xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb. “Cənub-Astara” gömrük postunda İran İslam Respublikasından Rusiya Federasiyasına kahı yükü apardığı bəyan edilmiş nəqliyyat vasitəsinə stasionar rentgen qurğusunda baxış keçirilib və məhsulun içərisində şübhəli […]
Masallıda 14 kiloqram narkotik vasitə aşkarlanıb
Masallı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib. Canlixeber.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, tədbir zamanı 25 yaşlı İbrahim Əliyev və 35 yaşlı Vüqar Həsənov saxlanılıblar. Onlardan ümumilikdə 14 kiloqram marixuana, heroin və tiryək aşkarlanıb. Faktla bağlı cinayət işi başlanılıb. Saxlanılan şəxslər barəsində məhkəmənin […]
