Məhkəmə işi
Bakıda qətl törətməkdə şübhəli bilinən şəxslər həbs ediliblər
Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 218.1, 218.2, 234.4.1, 234.4.3, 29.234.4.1 və 29.234.4.3-cü maddələri ilə Əfəndiyev Kamran Səttar oğlu, İsmayılov Mikayıl Vəli oğlu, Dadaşov Ramil Zahir oğlu, Eldarov Eldar Faiq oğlu və Zülfiqarov Həsən Mehman oğlu təqsirləndirilən şəxs qismində cinayət məsuliyyətinə cəlb ediliblər. Canlixeber.com xəbər verir ki, onların barəsində həbs qətimkan tədbiri seçilib və həbsdə saxlama müddəti […]
Əli Kərimlinin işi məhkəməyə göndərili
Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli və müavini Məmməd İbrahimin məhkəməsi başlayır. Canlixeber.com xəbər verir ki, Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən toplanmış materiallar baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Hələlik ilk iclasın vaxtı təyin edilməyib. Ə.Kərimli və M.İbrahimə Cinayət Məcəlləsinin 278.1-ci (hakimiyyəti zorla ələ keçirməyə yönələn hərəkətlər) maddəsi ilə yekun ittiham verilib. […]
Korrupsiyaya görə tutulmuş vəzifəli şəxslər bir həftəyə azadlığa çıxırlar
Qaradağ Rayon İcra Hakimiyyəti başçısının sabiq müavini Nadir Muradov və onunla birgə məhkum edilmiş, qurumun Təsərrüfat şöbəsində baş məsləhətçi-mühəndis vəzifəsində çalışan Qafar Abdullayevin cəzası azaldılıb. Canlixeber.com xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsi belə qərar çıxarıb. N.Muradovla Q.Abdullayev bu ilin avqustunda vəzifəli şəxsin qərarına qanunsuz təsir etməkdə təqsirli bilinərək 1 il 3 ay müddətinə azadlıqdan məhrum […]
Ali Məhkəmə: Hücuma məruz qalan şəxsdən soyuqqanlı davranış tələb edilə bilməz
Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası zəruri müdafiə və zəruri müdafiə həddinin aşılması ilə bağlı məhkəmə təcrübəsini müəyyən edən qərar qəbul edib. Canlixeber.com xəbər verir ki, bu barədə Ali Məhkəmə məlumat yayıb. Bildirilib ki, qərar qızına qarşı zorakılıq edən kürəkənini öldürməkdə təqsirli bilinərək 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilmiş şəxsin cinayət işi üzrə […]
“Peyğəmbərəm” deyib qətl törədən “sayt redaktoru”nun atası ilə bağlı yeni qərar
Gəncə Apellyasiya Məhkəməsində qəsdən adam öldürmə və əmlakı məhvetmədə təqsirləndirilən Cahangir Ramazanlının barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb. Canlixeber.com xəbər verir ki, sonuncu keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, apellyasiya şikayəti təmin edilməyib. İstintaqla 2021-ci il iyulun 9-da Emin Ramazanovun atası Cahangir Ramazanlı ilə qabaqcadan əlbir olan bir qrup şəxs […]
Göygöldə dəhşət: Kişi arvadının üstünə benzin töküb yandırdı
Göygöl rayonunda kişi arvadının üstünə benzin tökərək yandırıb. Canlixeber.com xəbər verir ki, hadisə rayonun Topalhəsənli kəndində baş verib. Kənd sakini, 1986-cı il təvəllüdlü Tufan Məmmədov (soyadı şərtidir) evinin həyətində otbiçən maşınla həyətyanı sahəni təmizləyib. O, işləyib yorulandan sonra həyət yoldaşından içməyə su istəyib. Həyət yoldaşı suyu gec gətirib və nəticədə ər-arvad arasında mübahisə yaranıb. Mübahisə […]
Qaxda yetkinlik yaşına çatmayan şəxslə cinsi əlaqədə olan şəxslər həbs edilib
Qax rayonunda 8-ci sinif şagirdi ilə cinsi münasibətdə olan dostlar həbs edilib. Canlixeber.com Oxu.az-a istinadla xəbər verir ki, rayon sakini Fərman adlı gənc oğlan parkda 2012-ci il təvəllüdlü qızla tanış olub. Təxminən 10 gün sonra qız Fərmandan ayrılıb və onun 2004-cü il təvəllüdlü qardaşı Rəhmanla sevgi münasibətləri yaşayıb. Rəhman qızla mütəmadi görüşüb. Bir müddət sonra […]
General Zeynalovla kapitanın “şabalıd davası” bitdi
Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin sabiq rəis müavini, general-mayor Raul Zeynalovun zərərçəkmiş kimi tanındığı “şabalıd cinayəti” ilə bağlı məhkəmə araşdırması başa çatıb. Canlixeber.com “Qafqazinfo”ya istinadən xəbər verir ki, Bakı Hərbi Məhkəməsində keçirilən son iclasda hökm oxunub. Bu iş üzrə ittiham olunan şəxs də zabitdir. FHN-də işləmiş kapitan Ayaz Bayramov general Zeynalovla yaxın olub. […]
Azərbaycanda polkovnik-leytenant və mayor məhkəmə zalında həbs edildilər
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan Muxtar Respublikası üzrə Baş İdarəsinin Kəngərli Rayon Şöbəsinin sabiq rəisi, polkovnik-leytenant Məftun Xəlilov və mayor Habil Niftəliyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Canlixeber.com xəbər verir ki, Naxçıvan Muxtar Respublikasının Hərbi Məhkəməsində hakim Səxavət Hüseynovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, Məftun Xəlilov 8 […]
Ərinin qətlini sifariş edən Əzizə Seyidova barədə qərar verildi
Ərinin qətlini sifariş verməkdə təqsirləndirilən Əzizə Seyidova və qətlin sifarişini icra etməkdə təqsirləndirilənlər – Mehdi Məmmədov, Elvin Əliyev və Bəxtiyar Fərzəliyevin barələrində olan hökmdən verilmiş apellyasiya şikayəti üzrə məhkəməsi yekunlaşıb. Canlixeber.com Bakı Apellyasiya Məhkəməsində hakim Zəfər Əhmədovun sədrliyi ilə keçirilən yekun iclasda qərar açıqlanaraq təqdirləndirilənlər barədə birinci instansiyanın hökmü qüvvədə saxlanılıb. Xatırladaq ki, Bakı Ağır […]
