Məktəbli ölümü
Beyləqanda 11-ci sinif şagirdi vəfat edib
Beyləqan rayonunda ölüm hadisəsi qeydə alınıb. Canlixeber.com xəbər verir ki, rayonun Eyvazallar kəndinin sakini Elvin Aslanlı ürək çatışmazlığından vəfat edib. Elvin Aslanlı Eyvazallar kənd tam orta məktəbinin 11-ci sinfini bu il bitirib. O, kənd qəbiristanlığında dəfn edilib. Faktla bağlı araşdırma aparılır.
7-ci sinif şagirdi vəfat edib
7-ci sinif şagirdi Kamran Abıyev vəfat edib. Canlixeber.com xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat paylaşılıb. Qeyd edək ki, Kamran Abıyevin vəfatı məktəb ictimaiyyəti tərəfindən dərin hüznlə qarşılanıb. Bu ağır itki ilə əlaqədar mərhumun ailəsinə, yaxınlarına, sinif yoldaşlarına və müəllimlərinə başsağlığı ifadə olunub.
5-ci sinif şagirdi vəfat etdi
Binəqədidə məktəbli qız vəfat edib. Canlixeber.com xəbər verir ki, dünyasını dəyişən A.Məmmədov adına 115 nömrəli tam orta məktəbin 5-ci sinif şagirdi Rüqəyyə Tanrıverdiyevadır. O, xəstəlikdən həyatını itirib.
Göyçayda qəzada ölən yeniyetmə VII sinif şagirdi imiş
Göyçay rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi baş verib. Canlixeber.com xəbər verir ki, hadisə nəticəsində 1970-ci il təvəllüdlü Hüseyn Salahov və 2012-ci il təvəllüdlü E.Feyzullayeva dünyasını dəyişib. Əldə etdiyimiz məlumata görə, qəzada həyatını itirən 2012-ci il təvəllüdlü Elmira Feyzullayeva Mehman Muradov adına Göyçay rayon 4 nömrəli tam orta məktəbin VII sinif şagirdi olub. Qeyd edək […]
Məktəbli ürəktutmadan vəfat etdi
Salyan rayonunda məktəbli vəfat edib. Canlixeber.com “Qafqazinfo”ya istinadla xəbər verir ki, rayonun Kürsəngi kənd sakini, 16 yaşlı Səmar qəflətən dünyasını dəyişib. Onun ürəktutmadan vəfat etdiyi deyilir. Qeyd edək ki, ailəninn yeganə oğlu olan Səmarın atası Vüsal Qurbanov Vətən müharibəsi iştirakçısıdır.
