Lənkəran Dövlət Universiteti
Azərbaycanda ikinci kurs tələbəsi vəfat etdi
Lənkəran Dövlət Universitetinin II kurs tələbəsi vəfat edib. Canlixeber.com xəbər verir ki, vəfat edən tələbə Tarix-coğrafiya və incəsənət fakültəsinin Sosial iş ixtisasının tələbəsi Sinan Musazadədir. Onun uzun sürən ağır xəstəlikdən dünyasını dəyişdiyi bildirilib.
656 bal topladı, region universitetini seçdi
Lənkəran rayonunun İstisu qəsəbəsində Rəsul Qurbanov adına 1 nömrəli tam orta ümumtəhsil məktəbinin Xl sinif şagirdi Ofeliya İkram qızı Məhərrəmova qəbul imtahanında yüksək nəticə göstərənlərdən olub. Canlixeber.com xəbər verir ki, o, imtahanda 656 bal toplasa da, seçimi Lənkəran Dövlət Universitetinin İngilis dili müəllimliyi ixtisası olub.
