1 min read

DGK-da yeni idarə yaradıldı, rəis təyin edildi

Dövlət Gömrük Komitəsində (DGK) struktur dəyişikliyi olub. Canlixeber.com xəbər verir ki, bununla bağlı DGK-nın sədri, gömrük xidməti general-polkovniki Şahin Bağırov əmr imzalayıb. Belə ki, DGK-nın Kibertəhlükəsizlik şöbəsi ləğv edilib, əvəzində isə Kibertəhlükəsizlik idarəsi yaradılıb. Gömrük xidməti mayoru Turqut Tehran oğlu Vəliyev Kibertəhlükəsizlik idarəsinin rəisi vəzifəsinə təyin olunub.