Kənd təsərrüfatı
Sadəcə texnologiyanın alınması onun effektiv istifadəsinə zəmanət vermir- Ekspert
Kənd təsərrüfatında sahəsində istehsal üsulları getdikcə yerini müasir texnologiyalara verir. Artmaqda olan istehsal xərcləri, su ehtiyatlarının məhdud olması ,iqlim dəyişiklikləri və məhsuldarlığın yüksəldilməsi fermerləri yeni yollar axtarmağa yönləndirir. Bu aspektdən müasir aqrotexnologiyalar kənd təsərrüfatının inkişafı üçün vacib vasitələrdən birinə çevrilob. Torpaq analizlərindən ağıllı suvarma sistemlərinə, dronlardan rəqəmsal monitorinq imkanlarına qədər müxtəlif texnologiyalar istehsal prosesinin optimallaşdırılmasına […]
Bəzən fermerlərə ayrılan subsidiyalar onların xərclərini tam kompensasiya etmir- Ekspert
İstehsal xərclərinin artması fermerlərin fəaliyyətinə təsir edən əsas amillərdən biridir. Əsasən toxum, gübrə, yanacaq, pestisid və digər istehsal vasitələrinin qiyməti artdıqca məhsulun maya dəyəri də artmış olur. Bu isə fermerin əldə etdiyi gəlirin azalmasına və məhsulun əkininə olan marağın azalmasına səbəb olur. Mövzu ilə bağlı Canlixeber.com-a danışan kənd təsərrüfatı üzrə ekspert Arif Nuriyev bildirib ki, […]
“Kənd təsərrüfatının inkişafına mane olan əsas amil qiymətlərin düzgün tənzimlənməməsidir” – EKSPERT
Kənd təsərrüfatının inkişafı yalnız məhsul istehsalının artırılmasından deyil, həm də fermerin yetişdirdiyi məhsulu layiqli qiymətə sata bilməsindən asılıdır. Son illər aqrar sahədə müxtəlif istiqamətlər üzrə inkişaf və dövlət dəstəyi tədbirləri həyata keçirilsə də, bazarda qiymətlərin dəyişkənliyi, məhsulun satışında yaranan çətinliklər və istehsal xərclərinin yüksək olması fermerlərin qarşılaşdığı əsas problemlər sırasında qalır. Bəzi hallarda sahibkar məhsulunu […]
Torpağın münbitliyini qorumaq üçün nə etməli? – Ekspert açıqladı
Torpaq kənd təsərrüfatının əsas istehsal vasitəsi olmaqla yanaşı, ərzaq təhlükəsizliyinin və ekoloji tarazlığın təmin edilməsində də mühüm rol oynayır. Lakin intensiv əkinçilik, eyni sahədə uzun illər ardıcıl eyni bitkilərin becərilməsi, gübrələrdən düzgün istifadə olunmaması və suvarma qaydalarına əməl edilməməsi torpağın münbitliyinin tədricən azalmasına səbəb olur. Bu isə məhsuldarlığın aşağı düşməsi ilə yanaşı, gələcək nəsillər üçün […]
Taxıl məhsuldarlığının artması üçün əkin sahələrinin çox olması kifayət deyil – Ekspert
“Taxıl əkini sahələrinin günü-gündən artması məhsuldarlığın yüksək olmasına zəmanət yaratmır”. Bu barədə Canlixeber.com-a açıqlamasında kənd təsərrüfatı məsələləri üzrə ekspert Arif Nuriyev deyib. Onun sözlərinə görə, taxıl məhsuldarlığının yüksək olması üçün bir neçə əsas amil var:“Bu amillərdən birincisi hava şəraitidir. Gözlənilməz hava şəraiti ilə qarşılaşdıqda taxıl məhsuldarlığında yüksək nəticələr əldə etmək mümkün olmur. Digər bir məsələ […]
