1 min read

Hasil Abbasov şöbə müdirini vəzifəsindən azad etdi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin (DMA) Mil-Muğan Regional Məşğulluq filialının şöbə müdiri vəzifəsindən azad edilib. Canlixeber.com xəbər verir ki, bununla bağlı DMA-nın İdarə Heyətinin sədri Hasil Abbasov müvafiq əmr imzalayıb. Əmrə əsasən, Rəşad Musazadə Dövlət Məşğulluq Agentliyinin (DMA) Mil-Muğan Regional Məşğulluq Filialının Sənədlərlə iş və inzibati şöbəsinin müdiri vəzifəsindən azad […]

1 min read

Qalmaqallı kollec direktoru işdən çıxarıldı

Gəncə Dövlət Universitetinin nəzdində Regional Kollecin direktoru işdən çıxarılıb. Canlixeber.com xəbər verir ki, bununla bağlı elm və təhsil naziri Emin Əmrullayev Əmr imzalayıb. Əmrə əsasən, Regional Kollecin direktoru Xudiyeva Xoşqədəm Vidadi qızı vəzifəsindən azad edilib. X.Xudiyeva sözügedən vəzifəyə ötən ilin yanvarında təyin olunmuşdu. Onunla eyni vaxtda Regional Kollecin tərbiyə işləri üzrə direktor müavini vəzifəsinə təyin […]

1 min read

“Naxçıvan” TV-nin sədr müavini işdən azad edilib

“Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin sədr müavini İlhamə Novruzova vəzifəsindən azad edilib. Canlixeber.com xəbər verir ki, bununla bağlı Naxçıvan MR Ali Məclisi sədrinin birinci müavini Bəxtiyar Məmmədov iyulun 23-də müvafiq sərəncam imzalayıb. Qeyd edək ki, iyulun 22-də “Naxçıvan” TV-nin İdarə Heyəti sədrinin müavini Xaliq Babayev də vəzifəsindən azad edilib. Digər […]

1 min read

Araz Nəsirov vəzifəsindən azad olundu

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) icraçı direktorunun müavinlərindən biri öz istəyi ilə vəzifədən azad olunub. Canlixeber.com iqtisadiyyat.az-a istinadən xəbər verir ki, bununla bağlı müvafiq əmr imzalanıb. Əmrə əsasən, Araz Nəsirov TƏBİB-in icraçı direktorunun müavini vəzifəsindən azad olunub. Qeyd edək ki, A.Nəsirov 2022-ci ilin dekabr ayından bu vəzifədə çalışırdı.

1 min read

“Şahdağ Qusar”da ciddi dəyişiklik: Baş məşqçi və köməkçiləri ilə yollar ayrıldı

Azərbaycanın I Liqasında mübarizə aparan “Şahdağ Qusar” klubunda ciddi kadr dəyişikliyi baş verib. Canlixeber.com futbol klubunun mətbuat xidmətinə istinadən xəbər verir ki, Qusar təmsilçisi baş məşqçisi Elnur Abdullayev, eləcə də onun köməkçiləri – Babək Allahverdiyev və Əlimirzə Daşzərini ilə əməkdaşlığa son qoyub. Məlumata görə, rəhbərlik sözügedən məşqçilər korpusu ilə başa çatan müqavilənin müddətini yeniləməmək qərarına […]

1 min read

“Azərişıq”da kadr dəyişikliyi- Rəis vəzifəsindən azad edildi

“Azərişıq” ASC-də növbəti kadr dəyişikliyi baş verib. Canlixeber.com Publika.az-a istinadla xəbər verir ki, “Şimal” Regional Enerji Təchizatı və Satışı İdarəsinin tabeliyində fəaliyyət göstərən “Sumqayıt Elektrik Şəbəkəsi”nin rəisi Aqil Xəlilov tutduğu vəzifədən ayrılıb. Bildirilir ki, bununla bağlı rəsmi əmr verilib. pizza mizzaHazırda onun yerinə yeni rəhbər təyin edilməyib