1 min read

Zelenski İlham Əliyevə zəng etdi

Ukrayna Prezidenti Volodimir Zelenski Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib. Canlixeber.com qeyd edir ki, bu barədə Prezidentin “X” hesabında paylaşım edilib. “Telefon danışığı zamanı ölkələrimiz arasında münasibətlərin inkişafındakı müsbət dinamika məmnunluqla qeyd olunub. Həmçinin ikitərəfli gündəlik çərçivəsində Qəbələdə keçirilmiş görüşdə müzakirə olunan məsələlərin icrası ilə bağlı fikir mübadiləsi aparılıb”, – deyə məlumatda qeyd olunub.

1 min read

Prezident ailəsi ilə sərgidə – Fotolar

Mayın 5-də Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Bakı Ekspo Mərkəzində 19-cu Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgi və Forumu – “Caspian Agro Week” və 31-ci Azərbaycan Beynəlxalq Qida Sənayesi Sərgisi – “InterFood Azerbaijan” ilə tanış olublar. Canlixeber.com qeyd edir ki, bu barədə məlumatı Prezidentin Mətbuat Xidməti yayıb.