Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi
Füzuliyə köçən 1000-dən çox sakin işlə təmin olundu
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi Füzuli şəhərinə köçürülmüş sakinlərlə bağlı aktiv məşğulluq tədbirlərini davam etdirir. Həmin sakinlərdən artıq 1100-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb olunub. Canlixeber.com xəbər verir ki, onlardan 1030-dan çox şəxsin rayon ərazisində məşğulluğu təmin edilib, o cümlədən köçürülmüş sakinlərdən 60 nəfər üçün özünüməşğulluq proqramı çərçivəsində kiçik təsərrüfatlar […]
Cəbrayılda 1020-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb olunub
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində Dövlət Məşğulluq Agentliyi Cəbrayıl rayonuna köçürülmüş sakinlərin məşğulluğunun təminatı istiqamətində tədbirlərini davam etdirir. Canlixeber.com xəbər verir ki, bu barədə ƏƏSMN məlumat yayıb. Həmin sakinlərdən artıq 1020-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb olunub. Onlardan 910 şəxsin rayon ərazisində məşğulluğu təmin edilib (o cümlədən, 50-dək şəxs üçün özünüməşğulluq proqramı […]
Bu ilin ilk 9 ayında məişət zorakılığından zərər çəkmiş 46 nəfərə sosial reabilitasiya xidmətləri göstərilib
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində Sosial Xidmətlər Agentliyi bu ilin ilk 9 ayında məişət zorakılığından zərər çəkmiş 46 nəfəri sosial reabilitasiya xidmətləri ilə təmin edib. Canlixeber.com xəbər verir ki, bu barədə ƏƏSMN-dən məlumat verilib. Bildirilib ki, onlardan 26 nəfəri uşaqlardır. Həmin şəxslərin sosial reabilitasiyası, sosial statuslarının bərpası ilə bağlı fərdi iş planı […]
Bütün sosial ödənişlər sabah yekunlaşdırılacaq
Dövlət Sosial Müdafiə Fondu tərəfindən bütün müavinət, təqaüd, kompensasiya və ünvanlı dövlət sosial yardımlarının sentyabrın 25-də ödənilməsi nəzərdə tutulub. Canlixeber.com xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb. Beləliklə, respublika üzrə bütün sosial ödənişlər yekunlaşdırılmış olacaq.
Aysel İbayevaya vəzifə verildi
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində yeni təyinat olub. Canlixeber.com İqtisadiyyat.az-a istinadən xəbər verir ki, bununla bağlı nazir Anar Əliyev müvafiq əmr imzalayıb. Əmrə əsasən, Aysel İbayeva İcbari tibbi sığorta siyasəti və tibbi-sosial ekspertiza şöbəsinin müdir müavini vəzifəsinə təyin olunub. O bu təyinatadək 10 il müddətində İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Hüquq departamentinin rəhbəri […]
Bu gün uşaq evlərindən 39 uşaq birinci sinfə gedir
Bu gün Sosial Xidmətlər Agentliyinin uşaq evi sosial xidmət müəssisələrindən 39 uşaq birinci sinfə gedir. Canlixeber.com xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib. Bildirilib ki, hazırda Sosial Xidmətlər Agentliyinin uşaq evi sosial xidmət müəssisələrində valideyn himayəsindən məhrum olan 476 uşaq yaşayır.
Agentlik sədrinin müşaviri işdən çıxarıldı
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyindəki Sosial Xidmətlər Agentliyinin (SXA) rəhbər heyətində kadr islahatı aparılıb. Canlixeber.com xəbər verir ki, SXA-nın İdarə Heyətinin sədrinin müşaviri Cavid Abdullayev vəzifəsindən azad edilib. Beləliklə, agentlik sədri Vüqar Behbudovun müşavirlərinin sayı 3-ə düşüb.
Qanunsuz çıxarılmış neçə nəfər əvvəlki işlərinə bərpa edilib?
İşdən qanunsuz çıxarılmış 65 nəfər əvvəlki işlərinə bərpa etdirilib. Canlixeber.com xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb. Bildirilib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti yanvar-avqust ayları ərzində işəgötürənlər tərəfindən sosial xarakterli ödənişlər olan 517139 manat vəsaitin işçilərə ödənilməsinin gecikdirildiyini müəyyən edib. Görülən tədbirlər […]
Kəlbəcərdə ilk dəfə əmək yarmarkası olacaq
Kəlbəcər rayonunda ilk dəfə əmək yarmarkası keçiriləcək. Canlixeber.com xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb. Aktiv məşğulluq tədbiri sentyabrın 8-i saat 11:30-da Kəlbəcər şəhərinin Mərkəzi meydanında təşkil olunacaq. Qeyd edilib ki, tədbirdə işaxtaran şəxslərə dövlət və özəl sektoru təmsil edən 16 müəssisə tərəfindən mühəndis-energetik, böyük mühəndis, xidmət rəisi, növbətçi […]
Ötən dövrdə 87 uşaq himayədar ailələrə verilib
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən ötən dövrdə 87 uşaq himayədar ailələrə verilib. Canlixeber.com xəbər verir ki, bu barədə nazirlik məlumat yayıb. Bildirilib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən himayədar ailə modelinin tətbiqi, valideyn himayəsindən məhrum uşaqların ailə mühitinə reinteqrasiya prosesinin daha da təkmilləşdirilərək sadələşdirilməsi üçün müvafiq prosedurlarda bir sıra dəyişikliklər edilib. […]
