Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi
Bu gün uşaq evlərindən 39 uşaq birinci sinfə gedir
Bu gün Sosial Xidmətlər Agentliyinin uşaq evi sosial xidmət müəssisələrindən 39 uşaq birinci sinfə gedir. Canlixeber.com xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib. Bildirilib ki, hazırda Sosial Xidmətlər Agentliyinin uşaq evi sosial xidmət müəssisələrində valideyn himayəsindən məhrum olan 476 uşaq yaşayır.
Agentlik sədrinin müşaviri işdən çıxarıldı
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyindəki Sosial Xidmətlər Agentliyinin (SXA) rəhbər heyətində kadr islahatı aparılıb. Canlixeber.com xəbər verir ki, SXA-nın İdarə Heyətinin sədrinin müşaviri Cavid Abdullayev vəzifəsindən azad edilib. Beləliklə, agentlik sədri Vüqar Behbudovun müşavirlərinin sayı 3-ə düşüb.
Qanunsuz çıxarılmış neçə nəfər əvvəlki işlərinə bərpa edilib?
İşdən qanunsuz çıxarılmış 65 nəfər əvvəlki işlərinə bərpa etdirilib. Canlixeber.com xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb. Bildirilib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti yanvar-avqust ayları ərzində işəgötürənlər tərəfindən sosial xarakterli ödənişlər olan 517139 manat vəsaitin işçilərə ödənilməsinin gecikdirildiyini müəyyən edib. Görülən tədbirlər […]
Kəlbəcərdə ilk dəfə əmək yarmarkası olacaq
Kəlbəcər rayonunda ilk dəfə əmək yarmarkası keçiriləcək. Canlixeber.com xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb. Aktiv məşğulluq tədbiri sentyabrın 8-i saat 11:30-da Kəlbəcər şəhərinin Mərkəzi meydanında təşkil olunacaq. Qeyd edilib ki, tədbirdə işaxtaran şəxslərə dövlət və özəl sektoru təmsil edən 16 müəssisə tərəfindən mühəndis-energetik, böyük mühəndis, xidmət rəisi, növbətçi […]
Ötən dövrdə 87 uşaq himayədar ailələrə verilib
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən ötən dövrdə 87 uşaq himayədar ailələrə verilib. Canlixeber.com xəbər verir ki, bu barədə nazirlik məlumat yayıb. Bildirilib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən himayədar ailə modelinin tətbiqi, valideyn himayəsindən məhrum uşaqların ailə mühitinə reinteqrasiya prosesinin daha da təkmilləşdirilərək sadələşdirilməsi üçün müvafiq prosedurlarda bir sıra dəyişikliklər edilib. […]
Bütün sosial ödənişlər sabah yekunlaşdırılacaq
Bütün müavinət, təqaüd, kompensasiya və ünvanlı dövlət sosial yardımların avqustun 25-də ödənilməsi nəzərdə tutulub. Canlixeber.com xəbər verir ki, bu barədə Dövlət Sosial Müdafiə Fondu məlumat yayıb. Bununla da respublika üzrə bütün sosial ödənişlər yekunlaşdırılmış olacaq.
İyulda əlilliyə görə sosial ödəniş alanların sayı açıqlanıb
2026-cı ilin iyul ayında əlilliyə görə 243,1 min nəfər pensiya alıb. Canlixeber.com xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb. Bildirilib ki, onlardan 221,5 min nəfər aylıq müavinət, 91,8 min nəfər isə Prezident təqaüdü alıb.
Azərbaycanda bu ilin 7 ayında 30,2 min şəxsə əlillik təyin edilib
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyi bu ilin yanvar-iyul ayları ərzində 30,2 min şəxsə əlillik təyin edib. Canlixeber.com xəbər verir ki, bu barədə nazirlik məlumat yayıb. Bildirilib ki, onlardan 12,8 min şəxsə ilkin, 17,4 min şəxsə təkrar əlillik təyinatı aparılıb.
Avqust pensiyaları NƏ VAXT ÖDƏNİLƏCƏK?
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən avqustun 14-dən gec olmayaraq Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonu üzrə bu ayın pensiyalarının ödənilməsi nəzərdə tutulub. Canlixeber.com xəbər verir ki, bu barədə Dövlət Sosial Müdafiə Fondu məlumat yayıb. Rayonlarda qeydiyyatda olan pensiyaçıların və güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin pensiyaları […]
Bu il daha 25 şəxs insan alveri təhlükəsindən xilas edildi – Nazirlik açıqladı
Cari ildə daha 25 nəfər insan alveri qurbanı və potensial insan alveri qurbanına (insan alveri təhlükəsi ilə üzləşmək riski olan şəxsə) sosial-hüquqi, sosial-iqtisadi, sosial-psixoloji və tibbi-sosial xidmətlər göstərilib. Canlixeber.com xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb. Bildirilib ki, Sosial Xidmətlər Agentliyinin İnsan Alveri Qurbanlarına Yardım Mərkəzinin sosial işçi, psixoloq […]
