Dövlət Miqrasiya Xidməti
Ötən ay Azərbaycanda qanunsuz yaşayan 132 əcnəbi ölkədən çıxarılıb
Cari ilin iyul ayı ərzində ölkə hüdudlarından inzibati qaydada kənara çıxarılma ilə bağlı Dövlət Miqrasiya Xidməti (DMX) tərəfindən 132 qərar qəbul edilib. Canlixeber.com xəbər verir ki, bu barədə DMX məlumat yayıb. Bildirilib ki, həmçinin Azərbaycanın imzaladığı və qüvvədə olan readmissiya sazişləri çərçivəsində bu ilin iyul ayı ərzində Avropa ölkələrindən 93 şəxsin ölkəyə readmissiyası həyata keçirilib.
37 azərbaycanlı Almaniyadan ölkəmizə gətirildi
Avqustun 11-də Azərbaycan Respublikası vətəndaşı olan 37 nəfər Almaniya Federativ Respublikasından geri qəbul edilib. Canlixeber.com xəbər verir ki, bu barədə Dövlət Miqrasiya Xidməti (DMX) məlumat yayıb. Bildirilib ki, bu, “Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında icazəsiz yaşayan şəxslərin readmissiyası haqqında” Saziş çərçivəsində həyata keçirilib.
Bu il 399 nəfərin Azərbaycana readmissiyası həyata keçirilib
“Cari il ərzində 399 nəfərin readmissiyası həyata keçirilib”. Canlixeber.com xəbər verir ki, bu barədə Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov “Miqrasiya sahəsində media məlumatlılığı” mövzusunda keçirilən mediatur çərçivəsində məlumat verib. O bildirib ki, geri qəbul olunan şəxslərin 306 nəfəri əsasən Avropa İttifaqına üzv dövlətlərdən Azərbaycana qaytarılan Azərbaycan vətəndaşları olub: “Bundan əlavə, yaxın vaxtlarda növbəti readmissiya […]
Ötən dövrdə 800-ə yaxın əcnəbi Azərbaycandan deportasiya edilib
“Hesabat dövründə qanunsuz miqrasiyaya qarşı görülən tədbirlər çərçivəsində 9 min 757 inzibati qərar qəbul edilib”. Canlixeber.com xəbər verir ki, bu barədə Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov “Miqrasiya sahəsində media məlumatlılığı” mövzusunda keçirilən mediatur çərçivəsində məlumat verib. O bildirib ki, bu qərarlar əsasən Dövlət Miqrasiya Xidməti tərəfindən aşkar edilmiş, elektron informasiya sistemləri vasitəsilə müəyyən olunan […]
Cari ildə Azərbaycandan 850 əcnəbi deportasiya edilib
Əcnəbi və vətəndaşlığı olmayan şəxslərin ölkədə olma, yaşama, işə cəlb olunma qaydaları və digər müvafiq inzibati hüquq pozmalarla bağlı 2026-ci ilin birinci yarımili ərzində ümumilikdə 9 757 qərar qəbul edilib. Canlixeber.com xəbər verir ki, bu barədə Dövlət Miqrasiya Xidməti məlumat yayıb. Bildirilib ki, barəsində inzibati qərar qəbul edilən əcnəbilərdən 4 852 nəfəri Dövlət Miqrasiya Xidməti […]
