1 min read

Alkoqolsuz içki adı ilə ölkəyə külli miqdarda psixotrop maddə keçirmək istədilər

Dövlət Gömrük Komitəsində (DGK) aparılan risk təhlilləri nəticəsində Naxçıvan Baş Gömrük İdarəsi əməkdaşlarının həyata keçirdikləri kompleks gömrük nəzarəti tədbirləri zamanı xüsusilə külli miqdarda psixotrop maddə-metamfetamin aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb. Canlixeber.com xəbər verir ki, bu barədə DGK məlumat yayıb. “Şahtaxtı” gömrük postunda Azərbaycan Respublikası ərazisindən tranzit keçməklə “alkoqolsuz içkilər” yükü aparan nəqliyyat vasitəsi stasionar rentgen […]

1 min read

DGK-da yeni idarə yaradıldı, rəis təyin edildi

Dövlət Gömrük Komitəsində (DGK) struktur dəyişikliyi olub. Canlixeber.com xəbər verir ki, bununla bağlı DGK-nın sədri, gömrük xidməti general-polkovniki Şahin Bağırov əmr imzalayıb. Belə ki, DGK-nın Kibertəhlükəsizlik şöbəsi ləğv edilib, əvəzində isə Kibertəhlükəsizlik idarəsi yaradılıb. Gömrük xidməti mayoru Turqut Tehran oğlu Vəliyev Kibertəhlükəsizlik idarəsinin rəisi vəzifəsinə təyin olunub.

1 min read

İşdən çıxarılan generalın yerinə o təyin edildi

Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsinin rəisi vəzifəsinə təyinat olub. Canlixeber.com xəbər verir ki, Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-polkovnik Şahin Bağırovun Əmri ilə bu vəzifəyə Astara Gömrük Postunun rəisi Seyfulla Lətif oğlu İsmayılov gətirilib. Qeyd edək ki, İdarənin rəisi vəzifəsində uzun müddət Prezidentin Mühafizə Xidmətinin keçmiş rəisi işləmiş, general-polkovnik Bəylər Eyyubovun […]

2 mins read

Prokurorluq Baş Gömrük İdarəsində əməliyyat keçirdi

Baş Prokurorluğun İstintaq İdarəsinin Dövlət Gömrük Komitəsinin (DGK) Hava Nəqliyyatında Baş Gömrük İdarəsində keçirdiyi əməliyyatın detalları məlum olub. Canlixeber.com xəbər verir ki, buna səbəb xüsusilə külli miqdarda qızılın qaçaqmalçılıq yolu ilə ölkəyə keçirilməsinə cəhd edilməsidir. Əvvəlcədən cinayət niyyəti ilə əlbir olan bir qrup hava nəqliyyatı vasitəsilə ölkəyə milyonlarla dəyəri olan qızıl-zinət əşyaları keçirmək istəyiblər. Bu […]

1 min read

Kahının içərisində 22 kq marixuananı gizlədib daşıyanlar ifşa edildilər

Astara Gömrük İdarəsi əməkdaşlarının həyata keçirdikləri gömrük nəzarəti tədbirləri nəticəsində külli miqdarda narkotik vasitə – marixuana aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb. Canlixeber.com xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb. “Cənub-Astara” gömrük postunda İran İslam Respublikasından Rusiya Federasiyasına kahı yükü apardığı bəyan edilmiş nəqliyyat vasitəsinə stasionar rentgen qurğusunda baxış keçirilib və məhsulun içərisində şübhəli […]

1 min read

Azərbaycana qanunsuz gətirilmiş külli miqdarda dərman vasitələrinin realizə edilməsinin qarşısı alınıb

Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsi və Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən kompleks əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz yolla ölkə ərazisinə gətirilmiş külli miqdarda dərman vasitələrinin realizə edilməsinin qarşısı alınıb. Canlixeber.com xəbər verir ki, Dövlət Gömrük Komitəsi məlumat yayıb. Belə ki, Sumqayıt şəhərində yerləşən aptekin anbarından və yük avtomobilindən […]

1 min read

Qarpız yükündə 110 kiloqramdan artıq narkotik vasitə aşkar edilib

Balakən Gömrük İdarəsi əməkdaşlarının həyata keçirdikləri gömrük nəzarəti tədbirləri nəticəsində külli miqdarda narkotik vasitə – marixuana aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb. Canlixeber.com xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinin (DGK) Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən bildirilib. Qeyd olunub ki, “Mazımqara” gömrük postunda İran İslam Respublikasından Gürcüstana qarpız yükü aparan nəqliyyat vasitəsinə stasionar rentgen qurğusunda […]

1 min read

Naxçıvanda külli miqdarda tütün məmulatları aşkar edilib

Naxçıvan Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində külli miqdarda məcburi nişanlanma ilə nişanlanmayan siqaretlər aşkar edilərək qanunsuz  dövriyyədən çıxarılıb. Canlixeber.com xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb. Bildirilib ki, əməliyyat-axtarış tədbirləri zamanı Naxçıvan şəhər sakinindən 41220 ədəd məcburi nişanlanma ilə nişanlanmayan müxtəlif markalı siqaretlər aşkar edilib. Faktla bağlı […]

1 min read

Ölkəyə qanunsuz yolla keçirilməyə çalışılan dərman preparatları aşkar edilib

Tovuz Gömrük İdarəsi əməkdaşlarının həyata keçirdiyi tədbirlər nəticəsində bəyan olunmadan gömrük sərhədindən keçirilməyə cəhd göstərilən dərman preparatları aşkar edilib. Canlixeber.com xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb. Bildirilib ki, idarənin “Qırmızı Körpü” gömrük postunda ölkə ərazisinə qarışıq yük gətirən nəqliyyat vasitəsinə stasionar rentgen qurğusunda baxış keçirilib və nəqliyyat vasitəsinin kabin hissəsində şübhəli […]