1 min read

3.2 ton çətənə kolu məhv edilib

İyunun 25-də polis əməkdaşlarının keçirdikləri tədbirlərlə kultivasiya yolu ilə yetişdirilmiş 59 ədəd çətənə kolu aşkar olunaraq götürülüb. Canlixeber.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, yabanı halda bitmiş 3,2 ton çəkidə 21055 ədəd çətənə və xaşxaş kolu isə aşkarlanaraq məhv edilib. Bu istiqamətdə tədbirlər davam etdirilir.

1 min read

Qaxda 1 tondan artıq çətənə kolu məhv edilib

Qax Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri “Xaş-xaş-2026” şərti adlı kompleks tədbirlər nəticəsində Uzuntala kəndi ərazisində yabanı halda bitən narkotik tərkibli bitkilər aşkar edilib. Canlixeber.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, tədbirlərlə ümumi çəkisi 1 ton 200 kiloqram olan 3300 ədəd çətənə kolu məhv edilib.